Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Aslanov kimdir? - DOSYE

Tarix 24.07.26, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Rəşad Fəxrəddin oğlu Aslanov Prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilib.

AzFakt.com Türkiyə səfiri təyin olunan R. Aslanovun dosyesini təqdim edir:
Rəşad Aslanov 13 oktyabr 1977-ci ildə anadan olub.

1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb. 1998–2000-ci illərdə həmin universitetdə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2001-ci ilin sentyabr–dekabr aylarında Böyük Britaniyanın Birmingem Universitetində İnsan Hüquqları, Hüquq və Təcrübə üzrə Peşəkar İnkişaf Kursunu keçib.

2002–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Müqavilələr Hüququ üzrə mühazirəçi kimi fəaliyyət göstərib.

2005–2010-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.
1999-cu ilin mayında Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində referent kimi əmək fəaliyyətinə başlayıb.
2001-ci ilin iyunundan 2004-cü ilin martınadək həmin idarədə attaşe, daha sonra üçüncü katib vəzifələrində çalışıb.

2004–2008-ci illərdə Azərbaycanın İtaliyadakı səfirliyində üçüncü və ikinci katib, eyni zamanda Azərbaycanın Romada yerləşən BMT agentlikləri yanında daimi nümayəndəsinin müavini olub.

2009–2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib və şöbə müdiri vəzifələrində işləyib.
2011–2016-cı illərdə xarici işlər nazirinin köməkçisi, Nazirin Katibliyinin rəisi olub.

2016-cı ilin fevral-sentyabr aylarında Azərbaycanın Argentinadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.

2016-cı ilin sentyabrından 2022-ci ilin avqustunadək Azərbaycanın Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Eyni zamanda iqamətgahı Buenos-Ayresdə olmaqla Çili, Paraqvay, Boliviya və Uruqvayda da Azərbaycanı səfir kimi təmsil edib.

2022-ci ilin oktyabrından isə Azərbaycanın İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib. Həmçinin 2023-cü ilin mayından Azərbaycanın Romada yerləşən BMT agentlikləri – Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) yanında daimi nümayəndəsi vəzifəsini icra etməyə başlayıb.

2023-cü ilin avqustundan iqamətgahı Roma şəhərində olmaqla Azərbaycanın San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
2023-cü ilin noyabrından isə iqamətgahı Roma şəhərində olmaqla Azərbaycanın Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
İngilis, rus, türk, italyan və ispan dillərini sərbəst, ərəb dilini isə orta səviyyədə bilir.
Ailəlidir, iki övladı var.



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap