“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Azərbaycan sərmayəsi İsraildə 641, Ukraynada isə 80 dəfə artıb - Ölkələrin siyahısı

Tarix 16.06.26, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk rübü ərzində Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 1 milyard 109,9 milyon dollar birbaşa investisiya yatırıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə və ya 794,7 milyon dollar artıb. Belə ki, 2025-ci ilin ilk rübündə xarici iqtisadiyyatlara yatırılan birbaşa investisiyanın həcmi 315,1 milyon dollar olub.

Qeyd edək ki, ən böyük artım İsrail iqtisadiyyatına yatırılan investisiya ilə bağlı olub. Belə ki, ötən ilin ilk rübündə İsrailə cəmi 8 min dollar vəsait yatırıldığı halda, bu ilin eyni dövründə həmin göstərici təxminən 641 dəfə artaraq 5,1 milyon dollara yüksəlib. Bununla belə, İsrailin Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyalardakı payı 0,5% təşkil edib.

Eyni zamanda, Böyük Britaniya iqtisadiyyatına yatırılan investisiya ilə bağlı da kəskin artım olub. Belə ki, ötən ilin ilk rübündə bu ölkəyə 27,8 milyon dollar vəsait yatırıldığı halda, bu ilin eyni dövründə həmin göstərici 8,4 dəfə artaraq 234,5 milyon dollara yüksəlib. Nəticədə Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyaların 21,1%-i Böyük Britaniyanın payına düşüb.

Bundan başqa ötən ilin ilk rübündə Türkiyəyə 92,6 milyon dollar sərmayə qoyulduğu halda, bu ilin eyni dövründə həmin göstərici təxminən 4,9 dəfə artaraq 453,7 milyon dollara yüksəlib. Nəticədə Azərbaycanın xaricə yönəltdiyi birbaşa investisiyaların 40,9%-i Türkiyənin payına düşüb.
Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyalar da artaraq 30,4 milyon dollardan 83,8 milyon dollara yüksəlib. ABŞ-yə yönələn investisiyalar isə 14,7 milyon dollardan 66,1 milyon dollara çatıb. Əvəzində Almaniya və İspaniyaya yatırılan sərmayələrdə azalma müşahidə olunub. Belə ki, Almaniyaya investisiya 11,9 milyon dollardan 5,2 milyon dollara, İspaniyaya yatırımlar isə 20,9 milyon dollardan 1,8 milyon dollara düşüb.

Diqqət çəkən məqamlardan biri də Rusiya və Ukraynaya yatırılan investisiyalarla bağlı olub. Belə ki, Rusiyaya yönələn sərmayələr ötən ilin ilk rübündəki 18,4 milyon dollardan bu ilin eyni dövründə 11 milyon dollara düşüb. Ukraynaya yatırılan investisiyalar isə əksinə, 80 dəfə artaraq 141 min dollardan 11,3 milyon dollara yüksəlib. Nəticədə Azərbaycan bu ilin ilk rübündə Ukraynaya Rusiyadan bir qədər çox investisiya yönəldib.

Azərbaycanın ən çox investisiya yatırdığı ölkələrin siyahısı aşağıdakı kimi olub:
Türkiyə – 40,9% (453,7 milyon dollar);
Böyük Britaniya  – 21,1% (234,5 milyon dollar);
Gürcüstan – 7,6% (83,8 milyon dollar);
Özbəkistan – 6,7% (74,9 milyon dollar);
ABŞ – 6,0% (66,1 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 5,7% (62,8 milyon dollar);
Oman – 2,8% (30,6 milyon dollar);
Rumıniya – 1,3% (14,9 milyon dollar);
İsveçrə – 1,3% (14,0 milyon dollar);
Ukrayna – 1,0% (11,3 milyon dollar);
Rusiya  – 1,0% (11,0 milyon dollar);
Avstraliya – 0,5% (6,1 milyon dollar);
Almaniya – 0,5% (5,2 milyon dollar);
İsrail – 0,5% (5,1 milyon dollar);
Qazaxıstan – 0,3% (3,8 milyon dollar);
Fransa – 0,2% (2,3 milyon dollar);
Malayziya – 0,2% (2,2 milyon dollar);
İtaliya – 0,2% (1,9 milyon dollar);
İspaniya – 0,2% (1,8 milyon dollar);
Danimarka – 0,2% (1,8 milyon dollar);
Monako – 0,1% (1,6 milyon dollar);
Çin – 0,1% (1,6 milyon dollar);
Norveç – 0,1% (1,3 milyon dollar);
Niderland – 0,1% (1,2 milyon dollar);
Avstriya – 0,1% (1,1 milyon dollar);
Litva – 0,1% (1,1 milyon dollar);
Finlandiya – 0,1% (1,1 milyon dollar);
Yaponiya – 0,1% (1,0 milyon dollar);
Digər dövlətlər – 0,7% (7,6 milyon dollar).



Xəbərin oxunma sayı : 496




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap