“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Sumqayıtda iş adamına qarşı 600 min manatlıq şantaj əməliyyatı... - Təfərrüat

Tarix 15.06.26, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt və digər şəhərlərdə biznes fəaliyyəti ilə məşğul olan “Qayalı” mağazalar şəbəkəsinin sahibi İdris Quliyevin ailəsi şantaja məruz qalıb.

AzFakt.com Xitab24.az-a istinadla xəbər verir ki, iş adamının oğlu Məhəmməd Quliyevdən hədə-qorxu yolu ilə 600 000 manat tələb olunub.

Məhəmməd Quliyevi instaqram hesabı üzərindən hədələyən isə 1992-ci il təvəllüdlü Sumqayıt sakinidir.

Belə ki, təqsirləndirilən şəxs instaqram hesabı vasitəsilə iş adamının oğluna mesaj yazaraq, özünü Sumqayıt şəhərində və ətraf ərazilərdə baş vermiş yanğın hadisələrini törədən cinayətkar qruplaşmanın üzvü kimi təqdim edib.

O, Quliyevlərin sahib olduqları obyektlərin dəqiq koordinatları və ailə üzvlərinin hərəkət trayektoriyaları barədə üzvü olduğu cinayətkar qruplaşmada dəqiq məlumatlar olmasını bildirib. İdris Quliyevin oğlundan 600.000 manat tələb edən cinayətkar, pulu əldə etməyəcəyi təqdirdə həmin obyektləri yandıracaqlarını, ailə üzvlərini öldürəcəklərini bildirib.

Məhəmməd Quliyev bu barədə atasına məlumat verib, daha sonra onlar polisə üz tutub. Bundan sonra cinayətkarla Məhəmməd Quliyev arasında aparılan danışıqlar təqsiriləndirilən şəxsin ələ keçirilməsi məqsədilə polisin nəzarətində aparılıb. İdris Quliyevin oğlu daha da inandırıcı olmaq üçün cinayətkara əvvəlcə 300 000 manat verə biləcəyini, qalan məbləği isə daha sonra ödəyəcəyini bildirib.

Bundan sonra hüquq-mühafizə orqanları həmin şəxsin kimliyini müəyyən edərək saxlayıb. O, məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təqsirli bilinib və həmin maddənin sanksiyası həddində cəzalandırılaraq dəmir barmaqlıqlar arxasına göndərilib.



Xəbərin oxunma sayı : 478




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap