Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür (VİDEO)

Tarix 26.05.26, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


Həyətyanı sahələr çöküb, ərazidə iri çuxurlar yaranıb. Hətta evlərdən birinin mətbəxi əşyaları ilə birlikdə kollektora düşüb.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev küçəsi, 88 ünvanından lentə alınıb. Sakinlərin sözlərinə görə, aramsız yağışlardan sonra küçəboyu müxtəlif evlərin həyətlərində çökmələr əmələ gəlib. Son günlərdə isə demək olar ki, bütün həyətlərdə dərin quyular yaranıb.

Sakinlər iddia edirlər ki, evlər kollektorun üzərində tikilməyib. Onların sözlərinə görə, çökməyə səbəb olan kollektor sonradan çəkilib.

Onlar mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini bildiriblər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Qurum qeyd edib ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.

Həmçinin bildirilib ki, məsələ ilə əlaqədar Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib və aidiyyəti üzrə tədbirlərin görülməsi üçün müraciət olunub.






Xəbərin oxunma sayı : 337




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap