Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Tehran raket arsenalının 70 %-ə qədərini bərpa edə bilər - “The New York Times“

Tarix 19.04.26, 13:22

Font ölçüsü : - / +
bitmap-img6


İran ABŞ və İsraillə silahlı qarşıdurma başlamazdan əvvəl mövcud olmuş hərbi potensialının 70 %-dək hissəsini bərpa etmək iqtidarındadır.

Bu barədə Amerikanın "The New York Times" (NYT) qəzeti yerli ekspertlərə istinadən yazıb.

Materialda qeyd olunub ki, bir neçə həftə davam edən aktiv raket hücumlarından sonra İran hələ də zərbə pilotsuz uçuş aparatları ehtiyatının təxminən 40 %-nə və raket buraxılış qurğularının 60 %-dən çoxuna sahibdir.

Nəşr bildirib ki, bu həcmdə silah gələcəkdə Hörmüz boğazından gəmilərin keçidini bloklamaq üçün tamamilə kifayət edir.

Qəzet vurğulayıb ki, diqqətəlayiq hal odur ki, atəşkəs qüvvəyə minən vaxt Tehran öz raket komplekslərinin təxminən yarısına çıxışa malik olub. Lakin sonradan İran tərəfi yeraltı mağaralarda və mühafizə olunan bunkerlərdə gizlədilmiş 100-ə yaxın silah sistemini çıxarıb. Bu, əlçatan arsenalı müharibədən əvvəlki göstəricilərin təxminən 60 %-nə qədər artırmağa imkan verib.

"İranın raket ehtiyatlarının qiymətləndirilməsindəki fərqlərə baxmayaraq, Amerika qurumlarının nümayəndələrinin fikirləri bir məsələdə üst-üstə düşür: İran ehtiyac yaranarsa, regionda dəniz gəmiçiliyini iflic etmək üçün kifayət qədər silaha malikdir", - deyə məqalədə göstərilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Aprelin 15-də ABŞ Prezidenti Donald Tramp İran limanlarının dəniz blokadasını davam etdirməsinə baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan edib. Bu addım Çinlə münasibətləri qorumaq üçün atılıb. Daha sonra aprelin 18-də İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri, atəşkəs razılaşmasının pozulmasını və İran limanlarının ABŞ hərbçiləri tərəfindən davam edən blokadasını əsas gətirərək su arteriyasının bağlandığını elan edib.



Xəbərin oxunma sayı : 310




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap