Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Xırdalan sakinlərinə işığa görə aylıq 300 manat borc gəlib? - VİDEO

Tarix 15.04.26, 22:25

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park2 yaşayış kompleksinin bir qrup sakini yüksək məbləğdə yazılan elektrik enerjisi haqlarından narazılıq edirlər.

Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən binalarda qaz təminatı yoxdur və sakinlər mənzillərini yalnız elektrik enerjisindən istifadə etməklə qızdırırlar. Bu isə xüsusilə qış aylarında enerji sərfiyyatının artmasına gətirib çıxarır. Lakin buna baxmayaraq, sakinlər hesab edirlər ki, hesablanan məbləğlər real istifadə ilə uyğun gəlmir.

Aparılan ilkin araşdırma zamanı məlum olub ki, binalarda quraşdırılmış elektrik sayğacları "Azərişıq" ASC-yə məxsus deyil. Bunun əvəzinə, kompleks daxilində ayrıca kontrol sayğac sistemindən istifadə olunur. Bu fakt isə sakinlərdə əlavə şübhələr yaradıb və hesablamalarda şəffaflığın olmadığını düşündürür.

Kompleksin satış ofisindən “Xəzər Xəbər”ə bildirilib ki, binalara quraşdırılan sayğaclar "Azərişıq" ilə razılaşdırılsa da, onların rəsmi laboratoriya yoxlamasından keçməyib. Ehtimallar arasında sayğaclara kənar müdaxilə və elektrik enerjisi oğurluğu da istisna edilmir. Məlumat verilib ki, sakinlərin şikayətləri əsasında artıq yazıldığı iddia edilən elektrik haqları tam şəkildə araşdırılacaq.





Xəbərin oxunma sayı : 508




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap