Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Nadir şah Əfşardan yadigar qalan “Zindan“... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı

Tarix 04.04.26, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


Nadir şah Əfşardan yadigar qalan Lənkəran şəhərindəki "Dairəvi Qala" ("Zindan") bərpa ediləcək.  

AzFakt.com Qaynarinfo-ya istinad`n xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" MMC bununla bağlı tenderə yekun vurub.

Tenderin qalibi "Diler İnşaat" Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Qalanın bərpasına görə şirkətə 1 872 243 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "Diler İnşaat" QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.

Şirkət təsis edilərkən adı "Orxan 1989" MMC olub. "Diler İnşaat" QSC inşaat sektorunda fəaliyyət göstərir. Satınalma müsabiqələrində fəal iştirak edən şirkət bir çox hallarda iri məbləğli tenderlərin qalibi seçilir. 

QSC-nin qanuni təmsilçisi Elxan Süleymanov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. "Diler İnşaat" QSC-nin təsisçisi isə Orxan Quluzadədir. O, deputat Ülvi Quliyevin oğludur. 

Ülvi Quliyev 2005-ci ildən deputatdır. O, parlamentdə 15 saylı Yasamal birinci seçki dairəsini təmsil edir.
img




Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap