| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Azərbaycanda YENİ QURUM yaradıla bilər - Açıq qalan SUALLAR
Tarix 24.03.26, 16:07 |
|
Azərbaycanda Vahid İstintaq Komitəsinin yaradılması ideyası geniş müzakirələr doğurub. Bu modelin tətbiqinin hüquqi balansı gücləndirəcəyi, yoxsa sadəcə struktur dəyişikliklə məhdudlaşacağı sualı isə açıq qalır.
Vəkil Cavad Cavadov musavat.com-a açıqlamasında belə bir islahatın mümkün nəticələri, hüquqi riskləri və beynəlxalq təcrübə fonunda ortaya çıxan sualları şərh edib.

O bildirib ki, Azərbaycan hüquq sistemində prokurorluğun tərkibində istintaq qurumları mövcuddur. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, prokurorluq həm ibtidai araşdırma mərhələsində güclü mövqedə olur, həm də sonradan ittiham tərəfi kimi çıxış edir. Nəticədə tez-tez belə bir sual meydana çıxır: eyni sistem daxilində olan qurum həm istintaqa rəhbərlik edib, həm ona nəzarət edib, həm də sonradan həmin iş üzrə ittihamı nə dərəcədə obyektiv müdafiə edə bilər?
“Hesab edirəm ki, Vahid İstintaq Komitəsinin yaradılması ideyası məhz bu institusional qarışıqlığı aradan qaldırmaq baxımından ciddi müzakirə predmeti ola bilər. Məsələ təkcə idarəetmə rahatlığı ilə bağlı deyil. Burada fundamental hüquqi prinsip – funksiyaların ayrılığı məsələsi var. Cinayət prosesində istintaq aparan qurumun marağı, bir qayda olaraq, sübut toplamaq və işi ittihamla məhkəməyə göndərməkdir. Prokurorun klassik rolu isə daha genişdir: o, yalnız ittihamçı deyil, həm də qanunçuluğa nəzarət edən orqandır”, – deyə Cavad Cavadov bildirib.
Onun fikrincə, bu iki funksiyanın həddindən artıq yaxınlaşması obyektivlik problemini dərinləşdirə bilər: “Prokurorluq həm istintaq mexanizminin bir hissəsi kimi çıxış etdikdə, həm də sonradan həmin istintaqın nəticələrinə hüquqi qiymət verməli olduqda institusional tərəfsizlik zəifləyir. Kağız üzərində nəzarət var, amma faktiki olaraq eyni sistem öz-özünə qiymət verir”.
Bu baxımdan vahid istintaq komitəsi modeli müdafiəçilər tərəfindən bəzən belə əsaslandırılır: istintaq bir mərkəzdə toplanarsa, prokuror artıq işin qanuniliyinə nəzarət edən subyektə çevrilər. Bu isə nəzəri olaraq həm istintaqın, həm də ittihamın keyfiyyətini artırar.
Vəkil hesab edir ki, istintaq səlahiyyətlərinin ayrıca bir vahid qurumda cəmlənməsi prokurorluğun rolunu daha aydın və hüquqi baxımdan daha düzgün müəyyən edə bilər. Bu halda prokurorluq əsasən istintaqa nəzarət edən, prosessual qanunçuluğu təmin edən və məhkəmədə dövlət ittihamını müdafiə edən orqan kimi formalaşa bilər. Belə model funksiyaların qarışmasını azalda və səlahiyyət bölgüsünü daha şəffaf edə bilər.
Cavad Cavadova görə, belə bir islahat yalnız təşkilati dəyişiklik deyil, həm də hüquqi fəlsəfənin dəyişməsi demək olardı: “Söhbət, sadəcə, yeni qurum yaratmaqdan getmir. Söhbət ondan gedir ki, cinayət təqibi sistemində kim araşdırır, kim nəzarət edir, kim hüquqi qiymət verir və kim məhkəmə qarşısında ittihamı müdafiə edir – bunlar dəqiq ayrılmalıdır. Əks halda funksiyaların qarışması həm istintaqın keyfiyyətinə, həm də müdafiə hüququna mənfi təsir göstərir.”
Vəkil həmçinin, vurğulayıb ki, qonşu ölkələrin təcrübəsi də bu baxımdan maraqlı müqayisə imkanı yaradır. Onun sözlərinə görə, Rusiyada 2010-cu ildən, Ermənistanda isə 2014-cü ildən ayrıca İstintaq Komitəsi modeli tətbiq olunur və bu islahatın əsas ideyası prokurorluğun istintaqdan ayrılması, prokurorun isə daha çox nəzarət və ittiham funksiyasına yönəlməsidir. Gürcüstanda isə prokuror ibtidai araşdırmaya prosessual rəhbərlik edir və müstəntiqə göstəriş vermək səlahiyyətinə malikdir.
Cavad Cavadov hesab edir ki, bu müqayisələrdən çıxan əsas nəticə ondan ibarətdir ki, prokurorluğun gücü hər şeyi bilavasitə istintaq etməsində yox, qanuni nəzarət və prosessual rəhbərlik funksiyasının aydın və effektiv həyata keçirilməsindədir: “Qonşu ölkələrin praktikasına baxdıqda görünür ki, prokurorluğun güclü olması mütləq mənada onun hər şeyi özü istintaq etməsi demək deyil. Əsas məsələ odur ki, prokuror istintaqa real hüquqi nəzarət edə bilsin, prosessual qərarların qanuna uyğunluğunu təmin etsin və məhkəmədə ittihamı peşəkar şəkildə müdafiə etsin”.
Bununla belə, vəkil bildirib ki, vahid istintaq komitəsinin yaradılması avtomatik olaraq bütün problemləri həll etməyəcək. Əgər yeni qurum kifayət qədər müstəqil, şəffaf və hesabatlı olmazsa, sadəcə ad dəyişəcək, amma mahiyyət eyni qalacaq.
Onun fikrincə, belə bir islahat müdafiə hüququ baxımından da ayrıca düşünülməlidir: “Əgər istintaq bir mərkəzdə toplanırsa, paralel olaraq müdafiə tərəfinin imkanları da genişləndirilməlidir. Vəkilin vəsatət vermək, sübut toplamaq, ekspertiza tələb etmək və prosessual pozuntulara qarşı effektiv etiraz etmək imkanları real məzmuna malik olmalıdır.”
Cavad Cavadov sonda bildirib ki, Azərbaycan üçün əsas məsələ yeni qurumun adında deyil, cinayət prosesində funksional bölgünün, obyektivliyin və hesabatlılığın necə qurulacağındadır. O xatırladıb ki, Baş prokuror Kamran Əliyevin 2020-ci ildə təyinatından sonra Bakı Şəhər prokurorluğunun istintaq səlahiyyətləri ləğv edilib və yalnız istintaqa nəzarət funksiyası saxlanılıb. Lakin rayon prokurorlarının da istintaqa nəzarət funksiyalarının qalması nəticəsində səlahiyyətlər müəyyən mənada dublaj olunub və bunun ciddi effektivliyi müşahidə edilməyib: “Əgər sistemdə eyni funksiyanı bir neçə struktur paralel şəkildə həyata keçirirsə, bu, nəzarəti gücləndirməkdən çox məsuliyyətin yayılmasına və effektivliyin azalmasına gətirib çıxarır”.
Vəkil əlavə edib ki, prokurorluğun funksionallığı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub və bu səbəbdən onun səlahiyyətlərinin əsaslı şəkildə dəyişdirilməsi və ya azaldılması sadə institusional qərarla deyil, konstitusion islahat yolu ilə mümkündür.
Xəbərin oxunma sayı : 232
Sosial
Xəbərlər
-
“Mənə dedilər ki, sən neynirsən?“ - Niyaməddin Musayev
-
“Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır“ - Əraqçi
-
Azərbaycanda müştərilər restoranda neçə milyon xərcləyiblər? - MƏBLƏĞ
-
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
-
Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?
-
Monika Belluçi qızı ilə birlikdə kamera qarşısında - FOTOLAR
-
Tramp və Modi telefonda danışdı - Yaxın Şərqdəki vəziyyəti müzakirə edilib
-
“Hyundai“ aşıb əkin sahəsinə düşdü: Ər-arvad ağır xəsarətlər aldı
-
“Güney Azərbaycan artıq kənardan izlənilən region deyil“ - TƏHLİL
-
Abşeronda taksi sürücüsünə qarşı soyğunçuluq: Saxlanılan var
-
Məcnun Məmmədov Özbəkistanda - Nazir italiyalı həmkarı ilə görüşdü
-
Bu ölkədə bütün “zapravka“lar bağlana bilər - Yanacaq çatmır
-
ABŞ-da azərbaycanlı axtarışa verildi - 90 milyon dollarlıq dələduzluq ittihamı
-
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - Xəbərdarlıq
-
Bu kəndə köçənlərə 54 min manat verilir - Ciddi şərtlər var
-
Azərbaycanda YENİ QURUM yaradıla bilər - Açıq qalan SUALLAR
-
Laricaninin vəzifəsini o icra edəcək - Məhəmməd Bağır Zülqadir kimdir?
-
Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə qeydə alınıb - FOTOLAR
-
Buzovnada qoruqda qaya daşlarını zədələyən şəxs saxlanıldı - Cinayət işi açıldı
-
Azərbaycan diri qoyun idxalını kəskin azaldıb - STATİSTİKA
-
Türkiyə Azərbaycanın ən böyük 2-ci ticarət tərəfdaşına çevrilib - RƏQƏMLƏR
-
“Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır“ - Simonyan
-
Neymar milliyə çağırılmadı - Həftəsonunu qumarda keçirdi
-
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
-
“Geri addım atmayacağıq“ - Kim Trampın çağırışına cavab verdi
-
İntensiv yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
-
Zakir Fərəcov xeyir-şər evlərinin istifadəsinə qadağa qoyub? - İDDİA
-
“Sürət həddini minimuma endirin” - DYP-dən xəbərdarlıq
-
Rusiyayönlü AfD minlərlə məxfi Aİ sənədini Kremlə ötürə bilər - “Politico“
-
Gecə canlı açıb səs-küy saldı - Qonşusu şikayətçi oldu
-
Avropa İttifaqı Hörmüzə gəmiləri bu zaman göndərə bilər - Fon der Lyayen
-
İqtisadiyyatda 2026-cı il “zəlzələsi“: Milyonlarla işçini gözləyən acı nəticə
-
“Qarabağ“ Sinenkonu transfer edir? - Menecerdən açıqlama
-
“ABŞ Qalibafı İranın növbəti lideri olaraq düşünür” - “Politico”
-
Yer kürəsində iqlim dəyişikliyi kritik həddə çatıb - HESABAT
-
Bu avtomobillər kəskin bahalaşıb - VİDEO
-
Azərbaycan nefti ucuzlaşdı - Qiymət 116 dolar
-
Stres xərçəng riskini artırmır - Alimlərdən yeni araşdırma
-
Britaniyada yanacaq satışı məhdudlaşdırıldı - Yaxın Şərqdəki münaqişəyə görə
-
Vens və Netanyahu İranla mümkün razılığı müzakirə ediblərv - “Axios“
-
“Evə çıxırıq, yenə cərimə gəlir“ - Parklanma yeri yoxdursa, nə etməli?
-
“Müharibə İranın bütün şərtləri yerinə yetirilənədək davam edəcək“ - Möhsün Rzayi
-
Bankların fəaliyyəti dayandırılacaq? - VİDEO
-
İnstaqramda bu gün nələr var idi? - FOTOLAR
-
Pakistan İranla ABŞ arasında məxfi əlaqə kanalı təmin edib - İDDİA
-
Novruzda qadın kimi geyinənlərin görüntüləri gündəmi alt-üst etdi - VİDEO
-
Azərbaycanın rayonlarında ət ucuzlaşır? - VİDEO
-
İran Tramp üçün bir neçə "sürpriz" hazırlayıb - “Tasnim“
-
Bakıda yeni yollar tikiləcək - Tıxac probleminə çarə (VİDEO)
-
Meloni referendumda uduzdu - Baş nazir məğlubiyyətini etiraf etdi
-
Yeznə-qayın arasında düşən mübahisə qətllə bitdi - VİDEO
-
Ceyhun Bayramov Abbas Əraqçi ilə telefonda danışdı - Nələr müzakirə olunub?
-
Moped sürücləri vəsiqə alıblar? - Verilən vaxta sayılı günlər qalıb
-
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
-
“ABŞ ilə İranın hazırda münaqişəni başa çatdırmaq imkanı var“ - Tramp
-
Bu şəxslərə ev verilə bilər - Qanun nə deyir?
-
İlham Əliyevin mesajı kimədir? - Bakı-Tehran xəttində diqqətçəkən detal
-
Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü
-
Osimhen “İstanbulspor“ klubunu satın almağa hazırlaşır - SƏBƏB
-
“İran və ABŞ heç bir danışıq aparmır“ - Məsud Pezeşkian
-
Sərnişinlər 107 nömrəli marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar - VİDEO
-
Dörd gün ərzində Rusiya ordusu 6 mindən çox itiki verib - Sırski
-
“Müctəba Xameneinin ölməyini istəmirəm“ - Donald Tramp
-
Aİ Macarıstanın məxfi danışıqlara çıxışını məhdudlaşdırır - Rusiyaya xəbər sızdıra bilər
-
Bakıda tıxac problemi necə həll olunacaq? - VİDEO
-
Tramp İrana zərbələri beş gün müddətinə təxirə saldı - Səbəbini AÇIQLADI
-
Neymarın DÇ-2026-da iştirak ehtimalı azalır - Səbəblər açıqlandı
-
“Müctəba Xamenei təcrid olunub, mesajlara cavab vermir“ - “The Washington Post“
-
Azərbaycanın “Aİ-95“ markalı benzini idxal və ixrac etdiyi ölkələr - SİYAHI
-
Çin lideri İlham Əliyevi təbrik edib - Novruz bayramı münasibətilə
-
Trampdan geri addım - İrana qarşı enerji obyektlərinə hücumlar 5 gün təxirə salındı
-
Xaçmaz sakinləri Şabranda tutuldular - Külli miqdarda narkotiklə
-
“Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik“ - Azərbaycan XİN
-
“PUA-lar uçacaq, narahat olmayın” - Müdafiə Nazirliyi məlumat yaydı
-
Yaxın Şərqdə böhran - Milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzə
-
Böyük Britaniya İran raketləri qarşısında “müdafiəsiz“ qalıb - “The Telegraph“
-
Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək? - Prezident AÇIQLADI
-
Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər - Adı müxtəlif korrupsiya işlərində hallanıb
-
ABŞ və İsrail Təbrizi bombaladı - 6 şəhər sakini qətlə yetrildi
-
BOKT-lardan kredit götürənləri hansı risklər gözləyir? - Ekspertdən açıqlama
-
“Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək“ - Prezident
-
İcra Hakimiyyəti tərəfindən vurulan ev hasarının üzlüyü qoparaq yerə töküldü - VİDEO
-
Müharibə Trampa sərf edir - Yaxın Şərqdəki vəziyyətdən belə istifadə edir
-
Elektromobillərə keçiddən imtina edən avtomobil şirkətləri məlum oldu - Siyahı
-
Prezident Şamaxıda açılışlar etdi - FOTOLAR
-
Raketin üzərinə fotosunu vurub təşəkkür etdilər - Video
-
Ağdaşda 70 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı
-
Xəzərin Lənkəran sahillərində yaşayanlar ilk dəfə belə bir mənzərəni görüblər - VİDEO
-
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib - FOTOLAR
-
ABŞ-nın Xark adasını ələ keçirməkdən başqa çıxış yolu qalmayıb - “The Jerusalem Post“
-
Bayram günlərində taksi qiymətlərində dəyişiklik var? - VİDEO
-
Nərd, domino səsindən həyətdə qulaq tutulur - Sakinlərdən şikayət
-
İsrail Livanda quru əməliyyatlarına başlayır - Plan təsdiqləndi
-
Gözəllik salonlarında son qiymətlər necədir? - VİDEO
-
Madrid derbisində qol yağışı - Ronaldo da izlədi+ Video
-
Bakıda parkın ərazisi niyə hasarlanıb? - Sakinlərdən şikayət
-
İran Qətərə qarşı yeni tip raketlərdən istifadə edib - “Financial Times“
-
Aviabiletlərin qiyməti kəskin bahalaşa bilər - VİDEO
-
Bu gündən Bakının 42 ünvanında yollarda hərəkət məhdudlaşdırılır - SƏBƏB
-
Tezliklə elektrik stansiyaları ultimatumu ilə bağlı nə baş verəcəyini öyrənəcəksiniz - TRAMP
-
Prezidentin aləsini şantaj edənin kimliyi açıqlandı - Yeni detallar (VİDEO)
-
Madonna kinoya qayıdır - Bu serialda rol alacaq
-
“Telefonlarınızı doldurun, su ehtiyatı yığın!” - İrandan xəbərdarlıq
-
“ABŞ-nın neft və qaz müqavilələri İrana görə iflic olub“ - “The Financial Times“
-
İllər öncənin Novruz ab-havası: Keçmiş ənənələr bu gün necə yaşayır?
-
Qeyri-iş günlərində Pirşağıda qanunsuz tikinti aparılır? - VİDEO
-
Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində sürüşmə - VİDEO
-
İran bu halda Hörmüzü tamamilə bağlayacaq - Xəbərdarlıq
-
Bakıxanov qəbristanlığında ziyarəti çətinləşdirən keçilməz yol - VİDEO
-
Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər? - VİDEO
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur - Xəbərdarlıq
-
“Pulun yoxdursa, keçid də yoxdur“: İran Hörmüz boğazını pullu magistrala çevirdi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi
-
“İran özünümüdafiədən hücuma keçib“ - “Xatəm əl-Ənbiya“
-
Ölkəyə gətirilən smartfonlar bahalaşıb - 2 dəfədən çox
-
“ABŞ bu müharibəyə 27 milyard dollardan çox xərcləyib“ - “Iran War Cost Tracker“
-
81 illik sülhdən beziblər - Üçüncü Dünya müharibəsi başlaya bilər
-
“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - Lalə Məmmədova
TOP 10
ARXİV






