Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İran Hörmüz boğazından keçən gəmilər üçün yeni qaydalar müəyyən edir - “Bloomberg“

Tarix 17.03.26, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


İran Hörmüz boğazında gəmiçilik üzərində faktiki nəzarət qurur.

Bu barədə "Bloomberg" izləmə məlumatlarının təhlili və ekspertlərin rəylərinə istinadən məlumat yayıb.

Bildirilir ki, sözügedən boğazdan İranın təsdiqini alan gəmilərin keçidinə icazə verən bir sistemin yaradılması planlaşdırılıb.

"JPMorgan Chase" analitikləri qeyd edirlər ki, boğazda daha çox Tehranla siyasi razılaşmalardan asılı olan bir sistem formalaşır.

"EOS Risk Group" konsaltinq bölməsinin rəhbəri Martin Kellinin fikrincə, gəmilərin Larak və Keşm adaları arasındakı boğazdan keçmək üçün icazə almalı olduğu verifikasiya prosesi başlayır.

Bu faktın özü neft treyderlərinə ümid versə də, bu marşrutun İran sahilinə yaxınlığı sığortaçılar və xammal sövdələşmələrini maliyyələşdirən banklar üçün ciddi problemlər yaradır.

Qərb sığortaçıları geniş sanksiyalar səbəbindən, adətən, İranla bağlı iddiaları həll edə bilmirlər, bu da yeni marşrutun istifadə risklərini artırır.

Qeyd olunur ki, adi vaxtlarda təhlükəsizlik risklərinə görə İrana bu qədər yaxın üzmək qeyri-adi görünərdi.



Xəbərin oxunma sayı : 349




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap