Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

İş adamı Rasim Nəbiyev Bakıxanov qəsəbəsində yenə qanunsuz tikinti işləri aparır? - VİDEO

Tarix 13.03.26, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Sabunçu rayonunda qanunsuz tikinti ilə bağlı növbəti narahatedici məlumat daxil olub.

Məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən “Möcüzə” market yaxınlığında yeni tikinti işlərinə start verilib. Məlumata əsasən, aparılan tikinti işləri marketin sahibi kimi tanınan Hacı Rasim tərəfindən həyata keçirilir.

Bildirilir ki, tikinti işləri heç bir məlumat lövhəsi olmadan, aidiyyəti qurumların icazəverici sənədləri olmadan aparılır. Bu isə ciddi suallar doğurur: görəsən, paytaxtın mərkəzi küçələrindən biri olan Nazim İsmayılov küçəsi üzərində aparılan bu tikintidən dövlət qurumlarının xəbəri varmı?

Məsələ ondadır ki, sözügedən obyekt və onun sahibi əvvəllər də oxşar qalmaqallarla gündəmə gəlib. Belə ki, mediada yayılan məlumatlara görə, “Möcüzə” market ətrafında piyada səkilərinin və yol kənarlarının zəbt edilməsi ilə bağlı iddialar səsləndirilmişdi. Hətta marketin ətrafında səkilərin ticarət sahəsinə çevrildiyi və vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırıldığı bildirilirdi.
İndi isə görünən odur ki, bu proses daha da irəli gedərək yeni tikinti işləri ilə davam etdirilir. Artıq təkcə qanunsuz genişlənmə deyil, həm də şəhərsalma qaydalarının açıq şəkildə pozulması deməkdir.Sual yaranır,Sabunçu Rayon İcra Hakimiyyəti bu tikinti barədə məlumatlıdırmı? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu obyektlə bağlı hər hansı icazə sənədi varmı? Paytaxtın ortasında aparılan bu tikinti hansı əsasla həyata keçirilir? Qeyd edək ki, Bakı şəhərində hər hansı tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədləri və layihə təsdiqi tələb olunur. Əks halda aparılan tikinti qanunsuz hesab olunur və sökülməsi barədə qərar verilə bilər.






Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap