Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Netanyahudan müsəlmanlar haqqında qalmaqallı açıqlamalar - “İstər sünni, istərsə də şiə...“

Tarix 13.03.26, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ, İsrail və İran arasında davam edən və Yaxın Şərqdə gərginliyi artıran müharibə fonunda beynəlxalq məhkəmələr tərəfindən insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunan İsrailin Baş naziri Benyamin Netanyahu müsəlmanlar haqqında qalmaqallı açıqlamalar verib. 

O, sünniliyin də, şiəliyin də "radikal islam" olduğunu və onların dünya üçün təhlükə yaratdığını iddia edib. Hətta  bunun qarşısının təkbaşına alınmasının mümkün olmadığını bildirərək beynəlxalq dəstək istəyib.

Sionizmi bütün dünyaya yaymağa çalışan və qandan doymayan Netanyahu çıxışında ABŞ və İsrail arasında güclü əməkdaşlıq sayəsində regionda güc balansını dəyişdirdiklərini də vurğulayıb. O bildirib ki, iki ölkənin birgə hərbi və siyasi gücü Yaxın Şərqdə və ondan kənarda ciddi nəticələr doğurub.

Qəzzada törətdiyi qətliamlara görə bir çox ölkənin "persona non grata" elan etdiyi Netanyahu açıqlamasının davamında müsəlmanlara yönələn mübahisəli ifadələr işlədib.

O, sünnilik və şiəlik daxil olmaqla "radikal islam"ın dünya üçün böyük təhlükə olduğunu iddia edib.

“Digər ölkələr də Orta əsrlərə qayıtmaq istəyir. Radikal islam, istər sünni, istərsə də şiə bütün dünya üçün böyük təhlükədir. Bunun öz-özünə həll olunacağını deyə bilmərik. Düşmənlərimizə qarşı əməliyyatları davam etdiririk”, - deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 358




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap