“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sürücüsündən alıb idarə etdi - Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı

Tarix 06.03.26, 13:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda "Mercedes-Benz CLA250” markalı avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçan şəxs cəzalandırılıb.

Qaynarinfo-nun məlumatına görə, 21 avqust 1976-cı ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuş Xanlar Arif oğlu Məmmədovun Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Xanlar Məmmədov hüququ və etibarnaməsi olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes-Benz CLA250” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədib. Hadisə zamanı yolu piyada keçən O.R. vurulub. Nəticədə zərərçəkmiş sağ ayağının V daraq sümüyünün əsasının qapalı yerdəyişən sınığı xəsarəti alıb.

Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmişi avtomobilə mindirərək tibb müəssisəsinə aparmayıb. O, piyadanı "Neftçilər” metrostansiyasının yaxınlığında düşürərək hadisə yerindən uzaqlaşıb. Bu zaman şəxsiyyəti barədə zərərçəkmişə dəqiq məlumat verməyib.

Xanlar Məmmədov məhkəmədə bildirib ki, uzun illər Rusiyada yaşayıb və sürücülük vəsiqəsini də həmin ölkədə alıb. Onun sözlərinə görə, avtomobili adətən sürücüsü Rəfail Həsənov idarə edir. Lakin hadisə baş verən gün sürücü özünü pis hiss etdiyindən avtomobili özü idarə edib.

Təqsirləndirilən şəxs həmçinin şəkər xəstəsi olduğunu və hadisə zamanı özünü pis hiss etdiyini deyib. Buna görə də zərərçəkmişi evinə apara bilməyəcəyini bildirərək ona 5 manat verib və taksi ilə getməsini təklif edib.

Məlumata görə, Xanlar Məmmədov zərərçəkmişə yanlış telefon nömrəsi də verərək hər hansı problem yaranarsa zəng etməsini bildirib.

Məhkəmədə zərərçəkmiş deyib ki, səhv nömrənin verildiyini düşündüyü üçün əsəbiləşib və Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib. Daha sonra özü xəstəxanaya müraciət edərək müalicə alıb.

Məhkəmənin hökmü ilə Xanlar Məmmədov 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Xanlar Məmmədov uzun illər Rusiyada biznes fəaliyyəti ilə məşğul olub.



Xəbərin oxunma sayı : 496




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap