“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“m10“ -da böyük problem - Xarici pul köçürmə sisteminə hücum edilib?

Tarix 25.02.26, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər “m10” elektron pulqabı sistemi ətrafında baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə və istifadəçilər arasında yayılan məlumatlara görə, problem iki əsas istiqamətdə izah olunur və hər iki variant kifayət qədər sual doğurur.  

Birinci ehtimal - sistemə kiber müdaxilə olunmasıdır. “m10” ölkədə elektron pul kisəsi və fintek xidməti kimi geniş istifadə olunur. Bu cür platformalar minlərlə vətəndaşın maliyyə məlumatlarını və vəsaitlərini idarə edir. Əgər doğrudan da hansısa kiberhücum və ya sistem sızması baş veribsə, bu, təkcə bir şirkətin deyil, ümumilikdə maliyyə təhlükəsizliyi mühitinin etibarlılığı ilə bağlı ciddi siqnaldır.

Maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların nəzarəti və tənzimlənməsi Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Belə şirkətlərin infrastrukturu, təhlükəsizlik protokolları və daxili nəzarət mexanizmləri müəyyən audit və yoxlamalardan keçməlidir. Əgər sistemə kənar müdaxilə ehtimalı varsa, bu zaman sual yaranır: mövcud nəzarət mexanizmləri yetərlidirmi? Müntəzəm təhlükəsizlik auditləri aparılıbmı? İstifadəçilərin məlumatları və vəsaitləri hansı səviyyədə qorunur?

İkinci ehtimal isə daha inzibati xarakter daşıyır. Belə ki, “m10” platformasında qaydaların sərtləşdirilməsi, şübhəli əməliyyatlara qarşı geniş təftişlərin başlanılması versiyası da müzakirə olunur. Bu halda nəzarətedici və tənzimləyici qurumların göstərişi ilə müəyyən köçürmələrin, mənbəyi tam aydın olmayan vəsaitlərin və ya şübhəli hesab edilən əməliyyatların bloklanması mümkündür.

Əgər məsələ bundan ibarətdirsə, o zaman şəffaflıq məsələsi ön plana çıxır. İstifadəçilərə hansı əməliyyatların riskli hesab edildiyi, bloklamanın hansı meyarlara əsaslandığı və vəsaitlərin geri qaytarılması mexanizmi barədə açıq və aydın məlumat verilməlidir. Maliyyə sektorunda etimad ən əsas kapitaldır və qeyri-müəyyənlik bu etimadı sarsıda bilər.

Hazırda ən ciddi problem rəsmi və detallı açıqlamanın olmamasıdır. İctimaiyyətə açıq şəkildə təqdim olunmuş texniki hesabat, audit nəticəsi və ya tənzimləyici qərar barədə məlumat yoxdur. Məhz bu informasiya boşluğu müxtəlif ehtimalların və fərziyyələrin yayılmasına səbəb olur.

Qeyd edək ki, burada səsləndirilənlər rəsmi təsdiq olunmuş faktlar deyil, ictimai müzakirələrdə səslənən versiyaların təhlilidir. Məsələyə aydınlıq gətirilməsi üçün həm şirkət rəhbərliyi, həm də tənzimləyici qurum tərəfindən ictimaiyyətə operativ və dolğun məlumat verilməsi vacibdir.

Çünki söhbət təkcə bir tətbiqdən deyil, vətəndaşların şəxsi vəsaitlərindən və maliyyə təhlükəsizliyindən gedir. Bu isə artıq texniki məsələ deyil, ictimai etimad məsələsidir.

Qeyd edək ki, bir neçə gün öncə "m10" sisteminə kiberhücum edilib. Bu zaman sistemin xarici ölkələrə pulköçürmə sisteminə müdaxilə edilib və külli miqdarda vəsait qarışıqlığı yaranıb. m10 bununla bağlı rəsmi açıqlama verməsə də, problemlə üzləşən müştərilərə beülə deyilib. (Bizimesr.az)



Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap