“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Mərhum Xalq artistiin ailəsində qalmaqal yarandı: “Meyiti məsciddə qoyublar...“

Tarix 25.02.26, 15:51

Font ölçüsü : - / +
bitmap-img6


Mərhum Xalq artisti Roza Cəlilovanın dəyərli əşyalarının oğurlandığı iddia olunur.

Musavat.com xəbər verir ki, bu iddia ilə sənətkarın nəvəsi Lalə Aslanova çıxış edib.

Bildirib ki, Xalq artisti vəfat edən gün onun mənzilində ciddi qanunsuzluqlar baş verib. Lalə Aslanovanın sözlərinə görə, nənəsinin bacısı qızı Yeganə Aslanova və onun qızı Leyla Seyidəlizadə Xalq artistinin öldüyü gün yaxın məsafədə yaşamalarından istifadə edərək dərhal mənzilə yollanıblar və onun dəyərli əşyalarını, bank kartlarını mənimsəyiblər. O iddia edir ki, polis əməkdaşları və təcili tibbi yardım briqadası mərhumun oğlunun olub-olmaması ilə maraqlanarkən Yeganə Aslanova onun oğlu olmadığını bildirib və Lalə Aslanovanın atası barədə nalayiq ifadələr işlədib.

“Nənəmin nəşini dərhal Təzəpir məscidinə apardılar. Daha sonra isə nəşi məsciddə qoyaraq yenidən evə qayıdıblar. Roza xanımın bütün fəxri fərmanlarını, “Şərəf” və “Şöhrət” ordenlərini, o cümlədən Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş sənədləri, SSRİ dövrünə aid mükafat və sənədləri, bank kartlarını, pul vəsaitlərini və digər dəyərli əşyaları götürərək mənzildən uzaqlaşıblar”, – deyə Lalə Aslanova bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Bildirilir ki, polis tərəfindən mənzilə baxış keçirilib və protokol tərtib olunub. İşin Səbail Rayon Prokurorluğuna və polis idarəsinə təqdim edilməsinə baxmayaraq, indiyədək hər hansı ciddi tədbir görülməyib.

Lalə Aslanova həmçinin iddia edib ki, qarşı tərəf beş dövlət qurumunu etibarsız sənədlərlə aldadaraq müəyyən üstünlüklər əldə edib. O, bu barədə sorğularına rəsmi cavab aldığını və Ədliyyə Nazirliyinin Yeganə Aslanovanın qanunvericiliyə zidd şəkildə sənədlər əldə etməsi ilə bağlı müraciətinə cavab verdiyini qeyd edib. İddialara görə, hətta Səbail Rayon Məhkəməsinə də etibarsız sənədlər təqdim olunaraq qərardad çıxarılmasına nail olunub.

“Nənəmin ölümündən istifadə edərək atama qarşı şər və böhtan atılıb. Bütün video görüntülər, səs yazıları və şahid ifadələri təqdim olunsa da, indiyədək həmin şəxslər barəsində tədbir görülməyib. Məsələnin obyektiv araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirik”, – deyə Lalə Aslanova vurğulayıb.

Musavat.com məsələylə bağlı Yeganə Aslanova ilə əlaqə saxlayıb.

O, bildirib ki, Xalq artistinin bacısı qızı yox, doğma qızıdır və hələlik məsələ ilə bağlı mövqe bildirmək istəmir.

Qeyd edək ki, Xalq artisti, rəqqasə Roza Cəlilova Yeganə Aslanovanı sağlığında polisə vermişdi. Səbail Rayon 9-cu Polis Bölməsinə müraciət edən sənətkar qızının ondan zinət əşyalarını alıb qaytarmadığını iddia etmişdi. O bildirmişdi ki, 4 ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksesuarlarını qızından ala bilmir.



Xəbərin oxunma sayı : 427




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap