“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

4 ay əvvəl direktor təyin edildi - İşində qanunsuzluq aşkarlandı

Tarix 25.02.26, 15:36

Font ölçüsü : - / +
bitmap-img6


"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin "Naxçıvan Yol Təmir Tı̇kı̇nti İstı̇smar" Məhdud Məsuliyyətli Cəmı̇yyətinin (MMC) yeni direktoru cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yer təkindən qanunsuz istifadəyə görə MMC-nin qanuni təmsilçisi və direktoru İmanov Hidayət Ədalət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) protokol tərtib edib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, Babək rayonunun Nəhəcir kəndində (Qahab bələdiyyəsinin mülkiyyətində olan ərazidə) "Naxçıvan Yol Təmı̇r Tı̇kı̇nti İstı̇sma" MMC-yə qarışıq süxurun götürülməsinə icazə verilib. Amma MMC tərəfindən həmin ərazidə ayrılmış sahədən 3100 m2 kənara çıxılaraq 6665 m3 qarışıq süxur götürülüb və heç bir icazə almadan yer təkindən qanunsuz istifadə edilib.

Məhkəmənin qərarı ilə Hidayət İmanov İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, ötən ilin noyabr ayında "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC-nin direktoru Cəfər Muxtərov işdən çıxarılıb, yerinə Hidayət İmanov gətirilib. 



Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap