“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Vasif Talıbovun dövründə maaşı verilmədi - Məhkəmə indi qərar verdi

Tarix 25.02.26, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanda işdən çıxarılan işçiyə 10 il əvvəlki əmək haqqı ödənilmədiyi üçün şirkət rəhbəri cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Arkoz Travertin-Mərmər Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Abişov Səfiyar Süleyman oğlu barəsində protokol tərtib edilib.

Protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) irəli sürülüb və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, E.T. adlı şəxs 6 iyun 2025-ci ildə Simran Əhmədova və Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə təqdim edərək bildirib ki, "Arkoz Travertin-Mərmər Zavodu" MMC-də işlədiyi 2011-2016-cı illərdən qalan son haqq-hesabının ödənilməsini tələb edib. Simran Əhmədov isə bundan imtina edərək, borcun köhnə rəhbərlik dövrünə aid olduğunu deyib.

Məhkəmənin hökmü ilə "Arkoz Travertin-Mərmər Zavodu" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat cərimə edilib.
 
Qeyd edək ki, sözügedən zavod vaxtilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes strukturu kimi tanınıb. Bəzi iddialara görə, Vasif Talıbov Ali Məclis sədri vəzifəsindən istefa verdikdən sonra zavod üzərindəki nəzarəti də itirib. E.T. adlı şəxs Vasif Talıbovun zavoda nəzarəti dövründəki borcunu tələb edib.



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap