“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Problemlə bağlı TƏBİB-ə müraciət edəndə vəsait ayıra bilməyəcəklərini dedilər“ - MƏHKƏMƏ

Tarix 25.02.26, 12:49

Font ölçüsü : - / +
bitmap-img6


“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyeva ifadəsini davam etdirib. Bildirib ki, onun rəhbərliyindən öncə mərkəzdə çoxsaylı problemlər olub: "Qazanxanada nasazlıq olduğu üçün isti su gəlmirdi. Mərkəzin binasında məndən öncə quraşdılıran hava təmizləyici qurğu da işləmirdi. Bunları dekabr-yanvar aylarında özüm təmir etdirmişdim. Daha sonra mərkəzə paltaryuyan maşın, tibbi soyuducu və digər lazımi cihazlar almışdım. İşıq generatorunun xarab olması yenidoğulmuşlara risk yaradırdı. Onu da təmir etdirmişdim. Aylıq maaşım 6549 manat olmasına baxmayaraq, mərkəzin ehtiyacları üçün öz cibimdən 3500 manat xərcləmişəm. Necə deyə bilərlər ki, vəzifə öhdəliklərimi yerinə yetirməmişəm? İş vaxtı olmayanda da gəlib vəziyyətlə maraqlanmışam. Məndən öncəki rəhbərlər Sevinc Məmmədova və Məryəm Rzayevanın vaxtında mərkəzin yanğın siqnalizasiya sistemi yararsız olub. Onu təmir etmək üçün damı da sökməli idilər. Bu və digər problemlərin həlli edilməsi, müvafiq sistemlərin quraşdırılması üçün ümumilikdə 2 milyon 700 min manatdan artıq vəsait tələb olunurdu. TƏBİB-ə müraciət etdikdə külli miqdarda vəsait olduğu üçün verə bilməyəcəklərini dedilər. Bu gün də mərkəzdə həmin sistem quraşdırılmayıb. Bu səbəbə görə, 2025-ci ildə vəzifədə olmuş rəhbər inzibati məsuliyyətə cəlb olunub".

M.Abasquliyeva əlavə edib ki, ondan öncəki rəhbərin vaxtında mərkəzdə xəstələrin müalicə vaxtı süni şəkildə uzadılıb.

Vaxt məhdudiyyəti ilə əlaqədar növbəti proses martın 4-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.



Xəbərin oxunma sayı : 376




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap