“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Abxaz və osetinlərlə vahid dövlətdə birgə yaşamaq istəyirik“ - Gürcüstan Prezidenti

Tarix 25.02.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin sülh siyasətinin əsas məqsədinin Abxaziya və Tsxinvali bölgələrində yaşayan əhali ilə vahid Gürcüstan çərçivəsində birgə yaşamaq olduğunu bəyan edib.

"Report"un yerli bürosu xəbər verir ki, dövlət başçısı bu fikirləri Gürcüstanın Birinci Kanalında yayımlanan "Maka Tsintsadze ilə aktual mövzular" verilişində səsləndirib.

Prezident bildirib ki, hazırda Gürcüstan ərazisinin bir hissəsi işğal altında olsa da, ölkə müstəqil və suveren dövlətdir: "Abxaz və osetinlərlə vahid dövlətdə birgə yaşamaq istəyirik".

Onun sözlərinə görə, rəsmi Tbilisinin həm beynəlxalq platformalarda, həm də abxaz və osetin icmalarına münasibətdə elan etdiyi sülh siyasəti səmimi və açıq xarakter daşıyır.

Kavelaşvili vurğulayıb ki, Gürcüstan vahid dövlət çərçivəsində birlikdə yaşamaq niyyətindədir və bu istiqamətdə səylərini davam etdirəcək. Prezident qeyd edib ki, gürcülər, abxazlar və osetinlər arasında ortaq tarix və uzun illərə dayanan münasibətlər mövcuddur.

O, gələcəkdə ölkənin birləşəcəyinə ümid etdiyini bildirib və bu məqsədin konkret addımlarla sübut ediləcəyini deyib.







Xəbərin oxunma sayı : 370




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap