| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Dominantlıq var, nəticə yoxdur: “Barselona“nın görünməyən problemi
Tarix 22.02.26, 14:02 |
|
Cəmi bir ay əvvəl hər şey başqa cür görünürdü. "Barselona" oyunlarında tempi diktə edir, nəzarəti əlində saxlayır, nəticələri göz oxşayır və bütün bunların yekununda özünü zirvədə rahat hiss edirdi. İndi isə tablo fərqlidir: əvvəlcə çempionatda "Real Sosyedad" səfərində məğlubiyyət, ardından İspaniya Kubokunda "Atletiko Madrid" qarşısında 0:4-lük ağır zərbə, son olaraq isə "Jirona" yenilgisi ilə La Liqada liderlik "Real Madrid"ə təhvil verildi. Beləliklə, artıq mənzərə tamamilə dəyişib. Kataloniya təmsilçisinin kubok perspektivi möcüzəyə bağlıdırsa, çempionatda da işlərin yolunda getmədiyini deməyə əsas var. Bunlar artıq təsadüfi itkilər yox, kompleks problemlərin göstəricisi hesab edilməlidir.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Dominantlıq var, nəticə yoxdur: Barselonanın görünməyən problemi
Effektivliyin yoxa çıxması
Statistikaya baxanda "Barselona"nın oyunu çökmüş kimi görünmür. Topa nəzarət, epizodlar var, gözlənilən qol göstəricisi çox vaxt rəqibdən yüksəkdir. Lakin bu, nəticəyə sirayət etmir. "Barselona" dominantlığını saxlasa da, nəticə üçün ən əhəmiyyətli məqam hesab edilən effektivlikdə axsamağa başlayıb. "Jirona" ilə oyunda da bu, açıq göründü. Oyunun əvvəlində çoxsaylı şanslar, penalti epizodu, sürətli hücumlar bir-birini əvəzləsə də, bitirici toxunuş çatmadı.
"Barsa" tarixən oyunu yarımmüdafiədəki üstünlüyü ilə qazanıb. Komandanın orta xətti, adətən, oyunun gedişinə istiqamət verməyi bacarıb. Amma son oyunlarda bu mexanizm işləmir. Məsələ ondadır ki, yarımmüdafiədə dinamika yoxdur. Ötürmələr daha çox yanlara doğrudur, bu isə kəskinliyi azaldır. Sıx və nizamlı müdafiə olunan rəqiblər bu aşağı tempə qarşı lazımi həll yollarını tapmağı bacarırlar.

Ən böyük problem müdafiəyə keçiddədir
"Barselona" Hansi Flikin rəhbərliyi altında müdafiə xəttinin qurulması ilə bağlı yeniliklər təklif edir. Bunlardan başlıcası arxa xətt oyunçularının çox öndə qərarlaşmasıdır. Komanda belə taktika ilə rəqib hücumçuları oyundankənar vəziyyətə salmağı hədəfləyir. Xüsusilə ötən mövsüm bu taktika işləyirdi. Hazırkı çempionatın da qışa qədər olan hissəsində "Barsa" müdafiədə ciddi çətinliklərlə üzləşmirdi. Lakin get-gedə rəqiblərin bu taktikaya "antivirus" tapması ilə vəziyyət dəyişib. Son zamanlar "Barselona" rəqiblərinə həddən artıq çox epizod verir. Qapıçı Joan Qarsiyanın performansının qabarması da məhz bunun nəticəsidir.

Komandanın ən böyük problemi müdafiəyə keçid mərhələsindədir. Top itirilən anda struktur pozulur. Orta xətlə müdafiə arasında məsafə böyüyür. Rəqib əks-hücum üçün koridor tapır. Xüsusilə, "Atletiko Madrid"ə qarşı oyunda problem qabarıq hiss olunurdu. 0:4 hesabı təsadüf deyildi. Müdafiə-hücum balansının pozulması, gecikmiş reaksiya ssenarisi yekunda acınacaqlı məğlubiyyətə səbəb oldu. Müasir futbolda keçid oyunu əsasdır. "Barselona" topa sahib olanda hər nə qədər estetik görünsə də, topsuz qalanda bir o qədər kövrəkdir.
Laporta postunda qalacaq?
Meydanda baş verənlərlə yanaşı, klubun rəhbərliyində də müəyyən dəyişikliklər yaşanıb. Katalonların prezidenti Joan Laporta bir müddət əvvəl postundan istefa verdi. Bu, klubun Nizamnaməsinə görə gələcək prezident seçkilərində yenidən iştirak etmək üçün prosedurdur. O, bu məqamda müvəqqəti rəhbərlik rolunu klubun vitse-prezidenti Rafa Yusteyə həvalə edib və martın 15-i üçün prezident seçkiləri artıq rəsmiləşib.
Bu qərar yalnız formaldır - ancaq faktiki olaraq klubun nəzarəti müvəqqəti idarə heyətinə keçib və Laporta idarəçilikdə birbaşa iştirak etmir. Aydın məsələdir ki, bu proses komandanın əhval-ruhiyyəsinə təsir göstərə bilər.

Flikin qalmaq üçün şərti var
Baş məşqçi Hansi Flikin "Barselona" ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsi var. Klub rəhbərliyi sözləşməni artırmaq niyyətindədir. Lakin almaniyalı çalışdırıcı uzunmüddətli müqavilələrə üstünlük vermədiyini və mövsümün sonuna qədər gələcəyə dair bütün müzakirələri təxirə salmaq istədiyini bildirib. Ən maraqlı məqam budur ki, Flik özünü Laporta layihəsinin bir hissəsi olaraq görür. O, klubda qalmaq niyyətindədir. Lakin şərti var: Laporta yenidən prezident seçilməlidir. Başqa bir namizəd qalib gələrsə, Flik klubdan ayrılmağı düşünə bilər.
Katalonlar çalxantılı dövrdən keçirlər
Ümumilikdə, həm meydanda, həm klub ətrafında kifayət qədər ciddi hadisələr baş verir və katalonlar çalxantılı dövrdən keçirlər. "Barselona"nın liderliyi "Real Madrid"ə verməsi sadəcə uzun marafonda psixoloji üstünlüyün əldən çıxmasıdır. Çempionluq yarışında təqibedən olmaq başqa, təqibolunan olmaq başqa məsuliyyətdir. İndi təzyiq ikiqatdır, komanda həm xal qazanmaq, həm də özünə inamı bərpa etmək barədə düşünməlidir.
Hələlik enişi böhran hesab etmək olmaz. Çünki mövsümün sonuna kifayət qədər vaxt var, vəziyyəti dəyişmək mümkünsüz deyil. Qarşıda iki mümkün ssenari var: ya komandada bu məğlubiyyətlər keçid mərhələsi kimi sistemin yenidən dirçəlməsinə səbəb olacaq, ya da klubda psixoloji dalğalanma olacaq.
Xəbərin oxunma sayı : 733
İdman
Xəbərlər
-
Prezident ailəsi ilə onlara qonaq getdi - FOTOLAR
-
216 nömrəli avtobuslar son dayanacağa niyə getmirlər? - VİDEO
-
Bakıda avtomobil dayanacağı qanunsuz şəkildə bağlanır - VİDEO
-
Polis ağacların kəsilməsinə görə cinayət işi başlatdı - Oğuzda
-
Müqaviləsiz iş, “card to card” ödəniş - EDUNSTAZ nəyi gizlədir?
-
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub - Söhbət edib
-
“ABŞ ilə danışıqlarda yaxşı perspektiv görürük“ - Pezeşkian
-
Növbəti üçtərəfli danışıqlar martın əvvəlində keçiriləcək - Zelenski
-
Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
-
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
-
Ağacları qırıb yol saldılar: Zorge parkı məhv edilir - ETİRAZ
-
Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı - ŞOK AÇIQLAMA
-
“Tarixin bir günü” və “Elgizlə izlə” haqda Audiovizual Şuranın açıqlaması - Şikayətlər daxil olur
-
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
“m10“ -da böyük problem - Xarici pul köçürmə sisteminə hücum edilib?
-
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
-
Bakıda 8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - Siyahı
-
“Mənə zəng edib dedilər ki, o videonu sil“ - Səidə Sultan danışdı
-
İran-ABŞ danışıqlarının üçüncü mərhələsi: Tarix və məkan açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda ən çox bahalaşma hansı rayonlarda olub? - Tam siyahı
-
Prezident İlham Əliyev ailəsi ilə Xocalıya getdi - FOTOLAR
-
“Laser Beauty Clinic“də qəfil yoxlama - Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş
-
Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
-
Mərhum Xalq artistiin ailəsində qalmaqal yarandı: “Meyiti məsciddə qoyublar...“
-
4 ay əvvəl direktor təyin edildi - İşində qanunsuzluq aşkarlandı
-
Qadın sürücünün qorxulu anları - Evinədək təqib edib əri ilə dalaşdı
-
Vəhdət Partiyası tələb edir - Bu şəxslər 10 min manat cərimə edilsin! Sosial
-
Məcnun Məmmədov İsrail səfiri ilə görüşdü - FOTOLAR
-
“Zelenski nankor insandır, bizim dəstəyimizə layiq deyil“ - Gürcü spiker
-
Vasif Talıbovun dövründə maaşı verilmədi - Məhkəmə indi qərar verdi
-
Dünya klublarının yeni reytinqi açıqlandı: “Qarabağ” “Nyukasl”dan öndədir
-
Mehdiyevi AMEA-dan qovacaqdılar, yatdılar... - İclasdan maraqlı görüntülər + FOTOLAR
-
“İran nüvə silahı yaratmayacağına söz verməyib“ - Donald Tramp
-
Qarabağ Universitetinin Klinikasının ərazisi təmiz saxlanılmayıb - Baş direktor cərimələndi
-
“Problemlə bağlı TƏBİB-ə müraciət edəndə vəsait ayıra bilməyəcəklərini dedilər“ - MƏHKƏMƏ
-
Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası... - Baş nazir qərar verdi
-
“Bu, nüvə müharibəsinə səbəb ola bilər“ - Rusiyadan xəbərdarlıq
-
Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi - FOTOLAR
-
Ər-arvadın bir-birinin xarici görünüşünə lağ etməsi hüquqları pozur - Ali Məhkəmə
-
Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
-
Leyla Əliyeva Qubada iftar məclisində iştirak etdi - FOTOLAR
-
“Naxçıvanın əmək statistikası çox qəribədir” - “Bu, 40 min insanın işindən məhrum olması demək idi...”
-
Ramiz Mehdiyev AMEA-da saxlanıldı... - Akademiyanın rəhbərliyinin açıqlama
-
“Quru torpağın üstündə yatırlar“ - Ana və oğlu niyə acınacaqlı vəziyyətdə qalıblar?
-
Eyni həkimdən 3 pasiyent şikayət etdi - Qulağının yarısı kəsilib, üzü iflic olub
-
“Abxaz və osetinlərlə vahid dövlətdə birgə yaşamaq istəyirik“ - Gürcüstan Prezidenti
-
Böyük Qayıdış davam edir - Cəbrayıla növbəti köç karvanı yola salındı
-
Səbail rayonunda böyük təhlükə yaradan ev: “Hamısına demişik, maraqlanmırlar!“
-
“İmtahanda ixtisaslara uyğun olmayan suallar verilir“ - Doktorantlardan şikayət
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
“Messini geri qaytarmaq istəyirdik, amma...“ - Joan Laporta
-
157 YAP üzvü həbs edilb - İki min nəfər partiyadan çıxarılıb...
-
Öldürülən narkobaron “qoşun“ yaradıbmış... - İnanılmaz görüntülər
-
Xalqla kobud rəftar etməməliyik - İran Prezidenti
-
Attestatlar, diplomlar və sertifikatların veriliməsində yenilik - VİDEO
-
Ramazan ayının yeddinci günü - İmsak və iftar vaxtları
-
“Quşçuluq biznesi“,işədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı - Kuryoz dələduzluq
-
“Misir Mərdanov məndən 1,7 milyon alıb“ - Sabiq rektorun məhkəməsi
-
“İran ABŞ-la mümkün qədər tez razılığa gəlməyə hazırdır“ - Rəsmi Tehran
-
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
-
Azərbaycanlı milyarderin nə qədər pulu var? - MƏBLƏĞ
-
Dubaydan gələn biznesmen Bakıda tutuldu: 144 minlik qızıl, 56 min cərimə
-
“Tramp diplomatiyaya üstünlük verir, amma...“ - Ağ Ev
-
Marketdə ciddi nöqsan - 510 məhsulun vaxtı keçibmiş
-
Nəsimi rayonunda narkotik əməliyyatı - Anbaan video
-
DTX-dən əməliyyat: Gültəkin Hacıbəylinin evində axtarış aparıldı
-
İdxal olunan ərzağın gömrük dəyəri düşür, marketlərdə isə qiyməti artır – Rəqəmlər
-
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri görüşdü - Cenevrədə
-
Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 43 nəfər işsiz qaldı
-
Marketlərdə 21 manat olan fındığı xaricə 15 manata satmışıq - Ölkələrin siyahısı və qiymətlər
-
Həbs edilən Aslan Əliyevin dövlətə milyonlarla borcu var - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Putin yenə gəlsə nə edəcəksiniz?“ - Zelenski
-
Azərbaycanda iki qurum birləşdirildi - Yeni Agentlik yaradıldı
-
Nazirlikdən qanunsuz yoxlamalarla bağlı - Xəbərdarlıq
-
Tramp Ukraynadakı müharibəni bitirmək istəyir - Bu tarixə qədər
-
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
-
Yeni işçi qrupları yaradıldı - Bu deputatlara vəzifə verildi
-
Marketdən araq, kolbasa oğurladı - “Yeyib-içmək istəyirdim” dedi
-
Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim edib - FOTOLAR
-
Pentaqon Maskla müqavilə imzaladı - “Grok”dan istifadə edəcək
-
“Heç bir qüvvə Azərbaycanı ədalətsiz mövqeyə məcbur edə bilməz“ - FOTOLAR
-
Qar yağacaq, çiskin olacaq - Sabaha olan hava proqnozu
-
Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
-
İcbari tibbi sığortadan istifadə edənlərin nəzərinə - Müddət uzadıldı
-
Qarabağa ayrılan vəsait 26 milyarda çatacaq: Nə qədər əhali yaşayacaq?
-
Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edildi - Onlar kimdir? + FOTO
-
Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
-
Cərimə meydançasında avtomobilə ziyan dəydikdə kim ödəyəcək? - Yeni qayda
-
Rusiya və İran arasında gizli silah müqaviləsi bağlanıb - 589 milyon dollarlıq
-
Sahib Məmmədov şöbə müdirini işdən çıxardı - Cəbrayılova-Ərdoğana vəzifə verildi
-
Sabiq deputat Türkiyədə vəfat etdi – Əməliyyat zamanı dünyasını dəyişib
-
İrandan PUA ilə atılan narkotik tutulub - İki nəfər saxlanılıb
-
AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq - Sabah
-
Minimum əməkhaqqı ilə bağlı yeni qayda təsdiq edildi - Kimlərin maaşı artacaq?
-
Novruz çərşənbələri ilə bağlı əhaliyə xəbərdarlıq - VİDEO
-
Şəmşad Ağanın ailəsində daha bir itki - Bacısı rəhmətə getdi
-
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar + Video
-
Vuçiçi yenə devirmək və öldürmək istəyiblər - Sui-qəsd cəhdinin üstü açılıb
-
Türkiyənin ən varlılarının siyahısı açıqlandı - Biri Bayraktardır
-
“Səhər, günorta, axşam eyni vəziyyətdir“: Binəqədi şosesindəki xaosun səbəbi nədir?
-
Qiyməti “od tutub yanan“ uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? - VİDEO
-
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
-
Ramazan ayının altıncı günü - İmsak və iftar vaxtları
-
“Niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?“ - Aparıcı televiziyaları tənqid etdi
-
Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb - Şahin Mustafayev
-
“Türkiyə ilə Yunanıstanın münasibətləri yaxşılaşır“ - Ərdoğan
-
Mil düzündə “qadağan olunmuş ov” iddiaları: BƏƏ-nin hakim ailəsinin üzvünə imtiyaz verilib?..
-
“Bu detalları müzakirə etmək çox pisdir” - Zelenski Zalujnıya cavab verdi
-
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalandı - FOTO
-
Türkiyədən gətirilən duz yodsuz çıxdı, müsadirə olundu - 4 min cərimə
-
Mingəçevirdə 23 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
-
Azərbaycanda hansı sahələrdə nə qədər əməkhaqqı verilir? - Tam siyahı
-
“Bəzi xarici dövlətlər onilliklər boyu ABŞ-nı aldadıb“ - Tramp
-
Müşfiq Abbasov həbs edildi -Baş Prokurorluqdan açıqlama
-
Xaricə 59 qəpiyə, yerli bazarda 1 manat - Qiymət fərqinin səbəbi nədir?
-
Agentlik 287 min manatdan çox pul xərcləyəcək - İşsizlərə təlim keçmək üçün
-
Rəisə rüşvət çatdırdığını etiraf etdi - MƏHKƏMƏ
-
Sosial şəbəkədə təhqir: 6 nəfər cəzalandırıldı
TOP 10
ARXİV






