| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Dolların “şah dövrü“ bitdi: Devalvasiya qorxusu arxada qalır - Manatın mövqeyi güclənir
Tarix 22.02.26, 12:14 |
|
Valyuta bazarında müşahidə olunan son dinamika iqtisadi mühitdə davranış dəyişikliklərinin başladığını göstərir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, ötən il valyuta hərraclarında təklif tələbi üstələyib.
Bir hərracda 70 milyon dollar təklif olunduğu halda, tələb 54 milyon dollar təşkil edib. Yanvar ayında isə əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə - 18 milyon dollara enib. Bundan əlavə, Neft Fondunun transfertlərinin bir hissəsinin dollar şəklində Maliyyə Nazirliyinə təklif edilməsi və tələb yarandıqda bazara çıxarılmağa hazır olması valyuta təklifinin kifayət qədər olduğunu göstərir. Bu statistika bir neçə mühüm sual doğurur: Əhalinin dollara marağı niyə zəifləyib? Təklifin tələbi üstələməsi müvəqqətidir, yoxsa uzunmüddətli meyildir?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Dollar ehtiyat vasitəsinə çevrilir"
Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun fikrincə, dollar funksiyasını dəyişir: "Azərbaycanda dolların "şah dövrü"nün başa çatdığı barədə fikirlər daha çox səslənir. Əgər qorxu ilə alınan, psixoloji sığınacaq funksiyası daşıyan valyuta nəzərdə tutulursa, həqiqətən də həmin mərhələ arxada qalır. Lakin bu, dolların iqtisadiyyatdan çıxması anlamına gəlmir. Sadəcə, onun funksiyası dəyişir: dollar investisiya və qorxu alətindən rasional ödəniş və ehtiyat vasitəsinə çevrilir. Bu dəyişiklik iqtisadi zəifliyin deyil, makroiqtisadi yetkinliyin göstəricisi kimi qiymətləndirilə bilər".
İ.Məmmədovun fikrincə, əhalinin dollara marağının azalmasında əsas amillərdən biri real faiz fərqidir: "Manat depozitləri illik 10-12 faizədək gəlir təklif etdiyi halda, dollarla qorunan əmanətlərin gəlirliliyi təxminən 2-2,5 faiz civarındadır. "Fişer effekti"nə görə, kapital real gəlir gətirən aktivə yönəlir. Bu şəraitdə dollar saxlamaq daha aşağı gəlir deməkdir. Nəticədə əhali üçün "dollar qazandırmır" reallığı formalaşıb. Digər mühüm faktor məzənnə sabitliyidir. 2017-ci ildən bəri manat-dollar məzənnəsinin faktiki dəyişməməsi devalvasiya gözləntilərini zəiflədib. Uzunmüddətli sabitlik fonunda əhali artıq valyutanı qorxu motivi ilə almır. Valyuta bazarında təklifin tələbi üstələməsi də bu dinamikanın davamıdır. Neft gəlirlərinin bazara planlı şəkildə çıxarılması, xarici ticarət balansında müsbət saldo və bank sistemində yüksək manat likvidliyi bazarda dollar bolluğu yaradır".
"Əhali artıq iqtisadi hesabla qərar verir"
Ekspert bildirdi ki, manat gündəlik iqtisadi dövriyyədə dominant valyutaya çevrilib: "Vergilər, kreditlər, ödənişlər və daxili alqı-satqılar manatladır. Dollar artıq iqtisadiyyatın aktiv dövriyyə vasitəsi deyil, daha çox xarici əməliyyatlarda istifadə olunan alətə çevrilib. Bu da dolların "anbarda saxlanılan sərmayə" funksiyasını zəiflədir. Cari əməliyyatlar balansının müsbət olması, fiskal qaydaların işləməsi və dollarlaşma səviyyəsinin azalması prosesin təsadüfi deyil, struktur xarakter daşıdığını göstərir".
Artıq manat dəyər saxlayan vasitə kimi qəbul edilir
İqtisadçı-ekspert Gündüz Camalzadənin fikrincə, Mərkəzi Bankın son açıqlaması valyuta bazarında davranış dəyişikliyinə işarə edir. Müşahidə olunan dinamikanın arxasında iqtisadiyyatdakı struktur dəyişikliklər dayanır. Son illər qeyri-neft sektorunun genişlənməsi və iqtisadiyyatın diversifikasiyası neft gəlirlərindən asılılığı nisbətən azaldıb. Qeyri-neft sahələrində istehsal və ixracın artması daha sabit valyuta axını formalaşdırır. Bu isə daxili bazarda dollar qıtlığı riskini minimuma endirir, manatın mövqeyini gücləndirir və əhalinin xarici valyutanı ehtiyat məqsədilə toplamaq motivini zəiflədir: "Dollar tələbinin azalmasının digər mühüm səbəbi makroiqtisadi sabitlikdir. İnflyasiyanın hədəf diapazonda saxlanılması və məzənnənin uzun müddətdir stabil qalması gözləntiləri dəyişib. Əhali artıq manatı qısamüddətli riskdən qorunma aləti kimi deyil, dəyər saxlayan vasitə kimi qəbul etməyə başlayır".
"Pul siyasəti daha çevik aparılır"
G.Camalzadə bildirir ki, Mərkəzi Bankın yanaşmasına görə, məzənnə sabitliyi inflyasiyanın əsas lövbəridir: "Güclü xarici ehtiyatlar və cari əməliyyatlar hesabında gözlənilən profisit valyuta bazarında tarazlığı qoruyur. Təklifin tələbi üstələməsi devalvasiya təzyiqini azaldır və ehtiyatların artırılmasına imkan yaradır. Klassik iqtisadi modelə əsasən, valyuta bolluğu milli pul vahidinin möhkəmlənməsi və ya ən azı sabit qalması üçün zəmin formalaşdırır. Xarici ticarət balansının profisitli olması da mühüm faktordur. İxracın idxalı üstələməsi ölkəyə əlavə valyuta daxilolmaları yaradır və məzənnə üzərində spekulyativ təzyiqləri zəiflədir. Bu vəziyyət pul siyasətinin daha çevik aparılmasına imkan verir. Xarici şoklar baş vermədiyi təqdirdə, müşahidə olunan proses müvəqqəti epizod deyil, struktur meyl kimi dəyərləndirilə bilər".
"Nağdsız dövriyyədə əsas valyuta manatdır"
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, son dövrlər manatla həm əmanətlərin, həm də alışların artması əhalinin dollara marağının azalması kimi şərh olunmamalıdır: "Bu proses daha çox son illər aparılan pul siyasəti və maliyyə tənzimləmələrinin nəticəsi kimi qiymətləndirilir. Xüsusilə nağdlaşmaya tətbiq edilən məhdudiyyətlər iri həcmdə vəsaitlərin nağdsız hesablarda saxlanmasına səbəb olub. Nağdsız dövriyyədə isə əsas valyuta manatdır. Ölkə daxilində bütün alqı-satqı əməliyyatlarının milli valyuta ilə aparılması da manata olan tələbi artıran əsas amillərdəndir. İnsanlar vəsaitlərini dollarla saxlasa belə, hər hansı əməliyyat zamanı həmin vəsaiti manata çevirməyə məcbur qalırlar. Bu isə dövriyyədə manat ehtiyacını yüksəldir".
R.Atakişiyev bildirdi ki, bu baxımdan manatlaşma prosesi yalnız psixoloji və ya davranış dəyişiklikləri ilə izah olunmur, həm də institusional və əməliyyat mexanizmlərinin nəticəsidir: "Dollara tələbin azalması risk kimi qiymətləndirilmir. Əksinə, bu, milli valyutaya inamın formalaşmasının göstəricisi hesab olunur".
Xəbərin oxunma sayı : 934
İqtisadiyyat
Xəbərlər
-
Prezident ailəsi ilə onlara qonaq getdi - FOTOLAR
-
216 nömrəli avtobuslar son dayanacağa niyə getmirlər? - VİDEO
-
Bakıda avtomobil dayanacağı qanunsuz şəkildə bağlanır - VİDEO
-
Polis ağacların kəsilməsinə görə cinayət işi başlatdı - Oğuzda
-
Müqaviləsiz iş, “card to card” ödəniş - EDUNSTAZ nəyi gizlədir?
-
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub - Söhbət edib
-
“ABŞ ilə danışıqlarda yaxşı perspektiv görürük“ - Pezeşkian
-
Növbəti üçtərəfli danışıqlar martın əvvəlində keçiriləcək - Zelenski
-
Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
-
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
-
Ağacları qırıb yol saldılar: Zorge parkı məhv edilir - ETİRAZ
-
Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı - ŞOK AÇIQLAMA
-
“Tarixin bir günü” və “Elgizlə izlə” haqda Audiovizual Şuranın açıqlaması - Şikayətlər daxil olur
-
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
“m10“ -da böyük problem - Xarici pul köçürmə sisteminə hücum edilib?
-
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
-
Bakıda 8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - Siyahı
-
“Mənə zəng edib dedilər ki, o videonu sil“ - Səidə Sultan danışdı
-
İran-ABŞ danışıqlarının üçüncü mərhələsi: Tarix və məkan açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda ən çox bahalaşma hansı rayonlarda olub? - Tam siyahı
-
Prezident İlham Əliyev ailəsi ilə Xocalıya getdi - FOTOLAR
-
“Laser Beauty Clinic“də qəfil yoxlama - Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş
-
Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
-
Mərhum Xalq artistiin ailəsində qalmaqal yarandı: “Meyiti məsciddə qoyublar...“
-
4 ay əvvəl direktor təyin edildi - İşində qanunsuzluq aşkarlandı
-
Qadın sürücünün qorxulu anları - Evinədək təqib edib əri ilə dalaşdı
-
Vəhdət Partiyası tələb edir - Bu şəxslər 10 min manat cərimə edilsin! Sosial
-
Məcnun Məmmədov İsrail səfiri ilə görüşdü - FOTOLAR
-
“Zelenski nankor insandır, bizim dəstəyimizə layiq deyil“ - Gürcü spiker
-
Vasif Talıbovun dövründə maaşı verilmədi - Məhkəmə indi qərar verdi
-
Dünya klublarının yeni reytinqi açıqlandı: “Qarabağ” “Nyukasl”dan öndədir
-
Mehdiyevi AMEA-dan qovacaqdılar, yatdılar... - İclasdan maraqlı görüntülər + FOTOLAR
-
“İran nüvə silahı yaratmayacağına söz verməyib“ - Donald Tramp
-
Qarabağ Universitetinin Klinikasının ərazisi təmiz saxlanılmayıb - Baş direktor cərimələndi
-
“Problemlə bağlı TƏBİB-ə müraciət edəndə vəsait ayıra bilməyəcəklərini dedilər“ - MƏHKƏMƏ
-
Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası... - Baş nazir qərar verdi
-
“Bu, nüvə müharibəsinə səbəb ola bilər“ - Rusiyadan xəbərdarlıq
-
Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi - FOTOLAR
-
Ər-arvadın bir-birinin xarici görünüşünə lağ etməsi hüquqları pozur - Ali Məhkəmə
-
Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
-
Leyla Əliyeva Qubada iftar məclisində iştirak etdi - FOTOLAR
-
“Naxçıvanın əmək statistikası çox qəribədir” - “Bu, 40 min insanın işindən məhrum olması demək idi...”
-
Ramiz Mehdiyev AMEA-da saxlanıldı... - Akademiyanın rəhbərliyinin açıqlama
-
“Quru torpağın üstündə yatırlar“ - Ana və oğlu niyə acınacaqlı vəziyyətdə qalıblar?
-
Eyni həkimdən 3 pasiyent şikayət etdi - Qulağının yarısı kəsilib, üzü iflic olub
-
“Abxaz və osetinlərlə vahid dövlətdə birgə yaşamaq istəyirik“ - Gürcüstan Prezidenti
-
Böyük Qayıdış davam edir - Cəbrayıla növbəti köç karvanı yola salındı
-
Səbail rayonunda böyük təhlükə yaradan ev: “Hamısına demişik, maraqlanmırlar!“
-
“İmtahanda ixtisaslara uyğun olmayan suallar verilir“ - Doktorantlardan şikayət
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
“Messini geri qaytarmaq istəyirdik, amma...“ - Joan Laporta
-
157 YAP üzvü həbs edilb - İki min nəfər partiyadan çıxarılıb...
-
Öldürülən narkobaron “qoşun“ yaradıbmış... - İnanılmaz görüntülər
-
Xalqla kobud rəftar etməməliyik - İran Prezidenti
-
Attestatlar, diplomlar və sertifikatların veriliməsində yenilik - VİDEO
-
Ramazan ayının yeddinci günü - İmsak və iftar vaxtları
-
“Quşçuluq biznesi“,işədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı - Kuryoz dələduzluq
-
“Misir Mərdanov məndən 1,7 milyon alıb“ - Sabiq rektorun məhkəməsi
-
“İran ABŞ-la mümkün qədər tez razılığa gəlməyə hazırdır“ - Rəsmi Tehran
-
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
-
Azərbaycanlı milyarderin nə qədər pulu var? - MƏBLƏĞ
-
Dubaydan gələn biznesmen Bakıda tutuldu: 144 minlik qızıl, 56 min cərimə
-
“Tramp diplomatiyaya üstünlük verir, amma...“ - Ağ Ev
-
Marketdə ciddi nöqsan - 510 məhsulun vaxtı keçibmiş
-
Nəsimi rayonunda narkotik əməliyyatı - Anbaan video
-
DTX-dən əməliyyat: Gültəkin Hacıbəylinin evində axtarış aparıldı
-
İdxal olunan ərzağın gömrük dəyəri düşür, marketlərdə isə qiyməti artır – Rəqəmlər
-
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri görüşdü - Cenevrədə
-
Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 43 nəfər işsiz qaldı
-
Marketlərdə 21 manat olan fındığı xaricə 15 manata satmışıq - Ölkələrin siyahısı və qiymətlər
-
Həbs edilən Aslan Əliyevin dövlətə milyonlarla borcu var - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Putin yenə gəlsə nə edəcəksiniz?“ - Zelenski
-
Azərbaycanda iki qurum birləşdirildi - Yeni Agentlik yaradıldı
-
Nazirlikdən qanunsuz yoxlamalarla bağlı - Xəbərdarlıq
-
Tramp Ukraynadakı müharibəni bitirmək istəyir - Bu tarixə qədər
-
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
-
Yeni işçi qrupları yaradıldı - Bu deputatlara vəzifə verildi
-
Marketdən araq, kolbasa oğurladı - “Yeyib-içmək istəyirdim” dedi
-
Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim edib - FOTOLAR
-
Pentaqon Maskla müqavilə imzaladı - “Grok”dan istifadə edəcək
-
“Heç bir qüvvə Azərbaycanı ədalətsiz mövqeyə məcbur edə bilməz“ - FOTOLAR
-
Qar yağacaq, çiskin olacaq - Sabaha olan hava proqnozu
-
Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
-
İcbari tibbi sığortadan istifadə edənlərin nəzərinə - Müddət uzadıldı
-
Qarabağa ayrılan vəsait 26 milyarda çatacaq: Nə qədər əhali yaşayacaq?
-
Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edildi - Onlar kimdir? + FOTO
-
Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
-
Cərimə meydançasında avtomobilə ziyan dəydikdə kim ödəyəcək? - Yeni qayda
-
Rusiya və İran arasında gizli silah müqaviləsi bağlanıb - 589 milyon dollarlıq
-
Sahib Məmmədov şöbə müdirini işdən çıxardı - Cəbrayılova-Ərdoğana vəzifə verildi
-
Sabiq deputat Türkiyədə vəfat etdi – Əməliyyat zamanı dünyasını dəyişib
-
İrandan PUA ilə atılan narkotik tutulub - İki nəfər saxlanılıb
-
AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq - Sabah
-
Minimum əməkhaqqı ilə bağlı yeni qayda təsdiq edildi - Kimlərin maaşı artacaq?
-
Novruz çərşənbələri ilə bağlı əhaliyə xəbərdarlıq - VİDEO
-
Şəmşad Ağanın ailəsində daha bir itki - Bacısı rəhmətə getdi
-
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar + Video
-
Vuçiçi yenə devirmək və öldürmək istəyiblər - Sui-qəsd cəhdinin üstü açılıb
-
Türkiyənin ən varlılarının siyahısı açıqlandı - Biri Bayraktardır
-
“Səhər, günorta, axşam eyni vəziyyətdir“: Binəqədi şosesindəki xaosun səbəbi nədir?
-
Qiyməti “od tutub yanan“ uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? - VİDEO
-
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
-
Ramazan ayının altıncı günü - İmsak və iftar vaxtları
-
“Niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?“ - Aparıcı televiziyaları tənqid etdi
-
Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb - Şahin Mustafayev
-
“Türkiyə ilə Yunanıstanın münasibətləri yaxşılaşır“ - Ərdoğan
-
Mil düzündə “qadağan olunmuş ov” iddiaları: BƏƏ-nin hakim ailəsinin üzvünə imtiyaz verilib?..
-
“Bu detalları müzakirə etmək çox pisdir” - Zelenski Zalujnıya cavab verdi
-
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalandı - FOTO
-
Türkiyədən gətirilən duz yodsuz çıxdı, müsadirə olundu - 4 min cərimə
-
Mingəçevirdə 23 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
-
Azərbaycanda hansı sahələrdə nə qədər əməkhaqqı verilir? - Tam siyahı
-
“Bəzi xarici dövlətlər onilliklər boyu ABŞ-nı aldadıb“ - Tramp
-
Müşfiq Abbasov həbs edildi -Baş Prokurorluqdan açıqlama
-
Xaricə 59 qəpiyə, yerli bazarda 1 manat - Qiymət fərqinin səbəbi nədir?
-
Agentlik 287 min manatdan çox pul xərcləyəcək - İşsizlərə təlim keçmək üçün
-
Rəisə rüşvət çatdırdığını etiraf etdi - MƏHKƏMƏ
-
Sosial şəbəkədə təhqir: 6 nəfər cəzalandırıldı
TOP 10
ARXİV






