“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” sahibini tapdı

Tarix 12.02.26, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Sərfəli mobil operator “Nar”ın böyük maraq və həyəcanla izlənilən “Çoox Şanslı” stimullaşdırıcı lotereyası möhtəşəm final mərhələsi ilə yekunlaşıb. Lotereyanın final tədbiri tamaşaçıların iştirakı ilə xüsusi şou proqram formatında keçirilib.

Final mərhələsində lotereyanın ən böyük və ən dəyərli hədiyyəsi olan “Li L9 Ultra” avtomobilinin sahibi Vüqar Hümmətov olub. “Nar” qalibi təbrik edərək ona avtomobilin açarını təqdim edib.

Beləliklə, ötən ilin oktyabr ayında start götürən “Çoox Şanslı” lotereyası çərçivəsində oynanılan bütün hədiyyələr sahiblərini tapıb. Lotereya müddətində ümumilikdə 77 ədəd “Xiaomi Redmi Note 14 Pro” smartfonu, 11 ədəd “Haval H6 Ultra” avtomobili, eləcə də böyük final hədiyyəsi olan “Li L9 Ultra” avtomobili qaliblərə təqdim olunub.

Qeyd edək ki, “Çoox Şanslı” lotereyası “Nar”ın abunəçilərinə əlavə dəyər yaratmaq, onların gündəlik həyatına sevinc qatmaq məqsədi ilə həyata keçirilib və lotereya boyunca abunəçilər tərəfindən yüksək maraqla qarşılanıb.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap