“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?

Tarix 12.02.26, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilmişdir.

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir.

Bu informasiya Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda yer alıb.

AzFakt.com modern az-a istinadla DTX-nın yaydığı məlumatda qeyd olunan və Ramiz Mehdiyevin faktiki sahibi olduğu “Şərq-Qərb” ASC haqqında məlumatları təqdim edir:

Araşdırmalarımıza görə, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96 faizinin Teymur Mehdiyevə (Ramiz Mehdiyevin oğlu) məxsus olduğu bildirilir. Bundan əlavə, Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC ötən il dövlət qarşısında yaranmış vergi borcunu ödəyib.

Məlumata görə, şirkət tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 52 144 manat məbləğində yığılmış vergi borcunu ödənilib. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən isə, “Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.

Qeyd edək ki, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən dövlət müəssisəsi kimi 4 nömrəli Bakı Kitab Mətbəəsi adı ilə fəaliyyətə başlayıb. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilərək “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib.

Əsas fəaliyyət istiqaməti nəşr və çap işləri olan ASC-nin tərkibində Nəşriyyat Departamenti və Mətbəə fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap