“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Salt Hotel“də oğurluq: Bir müştəri digərinin telefonunu və pulunu aparıb

Tarix 12.02.26, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Biləcəri qəsəbəsində fəaliyyət göstərən "Salt Hotel"də oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, otelin müştərilərindən biri digərinə məxsus "iPhone 15 Pro" markalı mobil telefonunu və 200 manat pulunu oğurlayıb. 

Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Onun sözlərinə görə, zərərçəkmişin çantasından 200 manat deyil, 100 manat götürüb. Həmin pulu da ona özü veribmiş. O, əməlini içkili olması ilə izah edib və bildirib ki, özünü Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilir. 

Məhkəmə onun əməlini 177.1-ci maddəyə tövsif etməklə ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət təyin olunan cəzadan çıxılıb və üzərində qəti olaraq 11  ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.



Xəbərin oxunma sayı : 532




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap