“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Kolumbiya Prezidentinə sui-qəsd cəhdi - “Son 2 gündür ölümdən qaçıram”

Tarix 11.02.26, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Kolumbiya Prezidenti Qustavo Petro sui-qəsd cəhdindən ailəsi ilə birlikdə çətinliklə xilas olduğunu açıqlayıb.

Petro Karib dənizi sahillərində helikopterinə hücum ediləcəyi barədə kəşfiyyat məlumatı aldıqdan sonra uşaqlarının təhlükəsizliyi üçün marşrutunu dəyişdirdiyini bildirib.

Prezident helikopterin eniş nöqtəsində işıqların söndürüldüyünü və pusqu qurulduğunu deyərək, təhlükəli bölgəyə enmək əvəzinə, dörd saatlıq dəniz səyahəti ilə təhlükəsiz əraziyə çatdıqlarını açıqlayıb.

Nazirlər Kabinetinin iclasında çıxış edən Petro son 48 saatı ölümdən qaçaraq keçirdiyini deyib:

“Etiraf etməliyəm... Öldürülməkdən qaçmaq üçün iki gündür səyahət edirəm”.

Sui-qəsd cəhdində prezidentin uşaqları da helikopterdə olub. Petro təhlükəsizlik tədbirlərini aşan bu təhdid səbəbindən marşrutlarını ani olaraq dəyişdirdiklərini vurğulayıb.

Kolumbiya təhlükəsizlik qüvvələri hesab edir ki, hücum cəhdinin arxasında hökumətin narkotik əleyhinə siyasətindən narazı olan kartellər dayana bilər.



Xəbərin oxunma sayı : 322




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap