“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Buraxılış və qəbul imtahanları - DİM vaxtını açıqladı

Tarix 22.01.26, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb.

Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər).

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat veriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı may ayında təşkil olunacaq. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

İmtahanların qrafiki ilə cədvəldə tanış ola bilərsiniz.



Xəbərin oxunma sayı : 1012




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap