“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu halda Tehran ən pis ssenariyə əl atacaq - Hakan Fidan

Tarix 24.01.26, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


“İrana və beynəlxalq ictimaiyyətə problemlərini güc tətbiq etmək əvəzinə dialoq yolu ilə həll etmələrini tövsiyə edərdim. Çünki problemlərin həllinin yeganə yolu dialoqdur”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Davosda "On the Record" proqramına müsahibəsində deyib.

Tehranın xarici və bəzi təhlükəsizlik siyasətlərinə dəyişikliklər etməsinin zəruriliyini qeyd edən Hakan Fidan onu da əlavə edib ki, İran daxilində və ya ətrafında baş verən hadisələrin İranda rejim dəyişikliyinə səbəb olacağına inanmıram.
İrandakı müxalifətin, etirazların və nümayişlərin rejimə və hökumətə lazımi mesajlar vermədiyini vurğulayan Hakan  Fidan əlavə edib ki, bu da Tehrana beynəlxalq aləmdə əlavə problemlər yaradacaq. 

ABŞ-ın İrana müdaxilə ehtimalı ilə bağlı suala Fidan belə cavab verib : "Amerikalı dostlarıma bunu etməməyi məsləhət görərdim. Çünki onlar artıq İrana həddindən artıq təzyiq göstərirlər. Sanksiyalar İran iqtisadiyyatına böyük ziyan vurur". 

Hakan Fidan  onu da qeyd edib ki,  İran özünü "küncdə sıxışdırılmış" hiss edəcəyi təqdirdə ən pis ssenariyə hazır olacaq.



Xəbərin oxunma sayı : 1942




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap