Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bakıda nazirlik əməkdaşı küçədə sərxoş olub yatdı - Məxfi sənədlər oğurlandı

Tarix 21.10.25, 15:26

Font ölçüsü : - / +
bitmap-img6

  
Bakıda spirtli içki qəbul etdikdən sonra Fəvvarələr meydanında oturacaqda yatan Maliyyə Nazirliyinin mühasibi Ənvər Talıbovun (ad-soyad şərtidir) başına iş gəlib.

AzFakt.com Teleqraf-a istinadən xəbər verir ki, onun yatmasından istifadə edən 1988-ci il təvəllüdlü Kamran Qasımov (ad-soyad şərtidir) mühasibin cibindən 3000 manat dəyərində olan “iPhone 14 Pro Max” markalı telefonu, şalvarın sağ arxa cibində yerləşən pul kisəsindən isə 100 manat pulunu gizli olaraq talayıb.

Ötən ilin iyulun 14-də baş verən oğurluq hadisəsinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, səhər saat 6 radələrində telefonu yerdən götürüb. O, pul qabında yalnız sənədlərin olduğunu, pulun isə olmadığını bildirib. Kamran Qasımov oğurladığı telefonu 300 manata satdığını bildirib.

Zərərçəkmiş şəxs qismində ifadə verən nazirliyin mühasibi isə telefonunda məxfi sənədlərin olduğunu, bunu itirdiyi üçün işdən töhmət aldığını bildirib. O, dəymiş ziyanın ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olub.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi üzrə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 1060




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap