“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər? - AÇIQLMA

Tarix 23.01.26, 13:22

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda Azərbaycanda müşahidə olunan qar sürüşmə risklərini müvəqqəti olaraq azaldıb. Qar yağışı zamanı süxurlara su sızması zəif olduğu üçün qış aylarında sürüşmə zonalarında nisbi sakitlik müşahidə edilir.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib.

Onun sözlərinə görə, qar əridikdən sonra və ya intensiv yağışlar yağarsa, vəziyyət dəyişə bilər:

"Atmosfer çöküntülərinin artması süxurların su ilə doymasına səbəb olur ki, bu da laylar arasında əlaqələrin zəifləməsinə və torpaq sürüşmələrinin fəallaşmasına gətirib çıxara bilər. Belə hallarda yol çökmələri və ətraf ərazilər üçün təhlükəli vəziyyətlər yarana bilər.

Xüsusilə Böyük Qafqazın Şimal-Şərq yamacları, eləcə də Quba, Qusar, Siyəzən, Qobustan, Şamaxı və İsmayıllı rayonları sürüşmə baxımından ən riskli ərazilər hesab olunur. Qarın tədricən əriməsi ilə bu zonalarda sürüşmə ehtimalı arta bilər".

Mirnuh İsmayılov qeyd edib ki, hazırda ölkənin alçaq dağlıq ərazilərindən yüksək dağlıq zonalara qədər geniş ərazilərin qarla örtülməsi səbəbindən ciddi sürüşmə təhlükəsi qeydə alınmır.



Xəbərin oxunma sayı : 1165




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap