![]() |
|














Azərbaycanda ən çox hansı silah satılır? - Ov üçün
Tarix 17.09.17, 2:30 |
|

Ov etmək üçün təkcə dağa getmək kifayət deyil. Yaxşı ovçu üçün həm də ov avadanlıqlarının olması şərtdir: etibarlı ov silahı, güllə darağı, bıçaq və başqa əşyalar. Artıq Azərbaycanda ov mövsümü açılıb və bir çox ovçular hazırlıqlara başlayıblar. Bəs bizim ovçular hansı tüfənglərə üstünlük verirlər? Hazırda ov silahlarına tələbat necədir? Ov silahlarının satış bazarını öyrənmək üçün Bakının 30 ildən artıq fəaliyyət göstərən ovçuluq mağazasına yollandıq.
Mağazanın satıcısı Cavid Məmmədov deyir ki, qış aylarına nisbətən yayda satış daha az olur. Artıq ov mövsümü başladığından alıcılar da yavaş-yavaş artır. Elə mağazada olduğumuz bir saat ərzində də onlarla müştərinin müraciət etdiyinin şahidi olduq. Gələnlər arasında əcnəbilər olsa da, satıcı onlara silah satılmadığını dedi. Onlar daha çox digər ovçuluq ləvazimatları, o cümlədən balıq tilovuna maraq göstərirlər. Mağazada müştəri çox olsa da, ov tüfənginin satışı isə digər ov ləvazimatları kimi sürətli deyil. Ay ərzində cəmi 1 ya 2 tüfəng satmaq mümkündür.
Azərbaycana silah satışına embarqo qiymətləri 3-4 dəfə artırıb
Satıcı deyir ki, Azərbaycanda yivli silahların satışına qadağa qoyulduğundan mağazada ancaq yivsiz tüfənglər satılır. Əvvəllər rus silahlarına üstünlük verən müştərilərin zövqü və marağı isə Türkiyə istehsalı olan tüfənglərə dəyişib: “Əvvəllər daha çox Rusiya istehsalı olan silahlar satılırdısa, indi çox yüksək keyfiyyətli Türkiyə silahları istehsal olunur deyə, bu ölkədən silah idxalı artıb. Əhali yavaş-yavaş Türkiyə istehsalı olan silahlara keçir”, - deyə C.Məmmədov bildirir.

Mağazada ən bahalı silahlar isə İtaliya istehsalı olan tüfənglərdir. Bunlar Türkiyə istehsalı tüfənglərdən 3-4 dəfə bahadır. Səbəb isə Azərbaycana Avropa Birliyi tərəfindən müharibə şəraitinin olduğu əsas gətirilərək silah satışına embarqo qoyulmasıdır. Satıcı deyir ki, buna görə də, birbaşa Avropa ölkələrindən, o cümlədən, İtaliyadan silah ala bilmirik. Əvəzində isə həmin silahlar Türkiyə vasitəsilə alınır və bu da qiymətin artmasına səbəb olur.
Mağazada pnevmatik tüfənglər isə açıq satışdadır. Bunlar 4,5 kalibrə kimi heç bir sənəd tələb olunmadan satılır. O kalibrdən yuxarı isə satışı yoxdur. Bunlar tir tüfəngləri kimi tanınan silahlardır və daha çox idman növlərində istifadə olunur.
“Klassik silahlar var, onlar bir-ikilüləli silahlardır. Bundan başqa, avtomatik və yarımavtomatik silahlar var. Onlar 5 və daha çox mərmi qəbul edir. Hansı silahı seçmək ovçunun öz istəyindən asılıdır. Təbii ki, yarımavtomat və avtomat silahlar daha bahadır”, - deyə həmsöhbətimiz bildirir.

600 manatdan 7 min manata qədər silahlar var
Mağazada ən ucuz tüfəngin qiyməti 600 manatdır. Elə ən çox tələbat da qiyməti 600-800 aralığında dəyişən Rusiya və Türkiyə istehsalı silahlaradır.
“Ən çox tələbat isə indi rus və türk silahlarınadır. Ən çox satılan Türkiyə istehsalı olan “Huğlu” markasından olan tüfənglərdir. Bunlar beşaçılan qoşa lülə silahlardır. Bundan başqa, Türkiyə istehsalı olan “Ata Arms”, “Kral Arms”, “Stocer”, Rusiyanın “İjevsk”, “MR”, “Baykal” silahları ən çox satılan silahlar sırasındadır. Həm rus, həm də Türk silahlarının qiymətləri demək olar ki, eynidir”.
Mağazada ən bahalı tüfənglər isə İtaliya silahlarıdır. Bunların qiyməti 6-7 min manat aralığındadır. İtaliya istehsalı olan “Benelli”, Beretta”, Belçika istehsalı olan “Broniq” silahları da bahalı silahlar sırasındadır.

“Bəzi tanınmış silah brendləri var ki, onların keyfiyyəti çox yüksək olur. Brend tüfənglərin adətən materialı keyfiyyətli olur, eləsi var ki, qundağı bahalı ağacdan düzəldilir. Qundağında əl işləri olan tüfənglər var. Zavoddan çıxdıqdan sonra mütəxəssislər onun üzərinə qızıl və ya gümüş işləmələr edirlər. Bunların qiyməti adi standart silahdan fərqlənir”, - deyə C.Məmmədov bildirir.
Müsahibim deyir ki, bəzən müştərilər özləri də fərqli dizaynda silahlar sifariş edirlər. Bu zaman mağaza zavodun emalatxanasına sifariş verir və orada müştərinin təklif və istəklərinə uyğun silah hazırlanır.
Yerli ovçuların ən böyük arzusu: yivli silahlar...

Satıcının sözlərinə görə, Azərbaycanda ovçuluğa həmişə maraq olub və indi də var. Amma əvvəlki dövrlə müqayisədə ovçuların imkanları məhduddur, ov ərazisi kiçikdir: “Ov üçün təsərrüfatlar azdır. Əvvəllər belə təsərrüfatlar var idi və orada vəhşi heyvanları ov üçün yetişdirirdilər. İndi bu baxımdan çətinliklər hiss olunur. Ov kvotaların sayı olduqca azdır. Azərbaycanda ən çox quş ovu həvəskarları çoxdur, müştərilərimizin əksəriyyəti çöl quşları, dovşan, cüllüt ovçularıdır. Amma qaban, Dağıstan tur ovçuları da var. Dağıstan tur ovu çətindir, 3000 km dəniz səviyyəsindən hündürdə olduğundan çox adam buna meyl göstərmir. Həm də yivsiz silahlarla bu ov olduqca çətin başa gəlir. Ovçular yivli tüfənglərin satışına icazə verilməsini çox istəyirlər. İnanmıram ki, belə silahların satışına icazə versələr, bu kriminogen vəziyyətin artamasına gətirib çıxaracaq. Çünki pis əmələ meylli insanlar heç vaxt rəsmi sənədlə aldığı silahdan istifadə etməzlər”, - deyə satıcı bildirir.
Cavid Məmmədov deyir ki, mağazanın bütün rayonlardan olan müştəriləri var. Ən çox ovçuluğa meylli rayonlardan biri İmişlidir. Xüsusən rayonda göllərin sayı çox olduğundan burada quş ovu geniş yayılıb.

Döyüş bölgələrində isə ov qadağan olunduğundan həmin ərazilərdən demək olar ki, ovçularla rastlaşmırlar. Satıcı deyir ki, bizdə ov silahının öldürücü qüvvəsi 60-120 metr olsa da, ova ancaq yaşayış zolağından 1 km məsafə icazə verilir.
Müğənni Teymur Mustafayev, Aşıq Əhliman daimi müştərilərimzidir...
Mağazada heyvan və quşların ovlanması üçün güllə və qırmalar da satılır. 16, 12, 20, 28, 36 kalibrinə uyğun olaraq müxtəlif növ patronlar var. Ən çox satılan isə “Zuber”, “Steller”, “Rio” güllələridir ki, bunlar ov silahlarının demək olar ki, əksəriyyətinə gedir.

Qırmalar özləri də 0 nömrəsindən 12 nömrəyə qədər quşun böyüklüyünə uyğun olaraq dəyişir. Qaz, ördək ovuna bir az iri qırmalar - 3, 4, xırda quşlara - kəklik, bildirçinə isə xırda - 12, 10 nömrəli qırmalardan istifadə edirlər. Qiymətləri istehsalçı ölkədən asılı olaraq dəyişir. 50 qəpikdən başlayır 1 manata kimi dəyişən qiymətlərlə satılır.
Mağazanın daimi müştəriləri arasında tanınmış şəxslər də var. Çoxunun adını çəkmək istəməsə də, müsahibimiz məşhur müğənni Teymur Mustafayevin, Aşıq Əhlimanın, Cin ləqəbli müğənni Ceyhun Zeynalovun və digərlərinin daim bu mağazadan alış-veriş edən ovçular olduğunu bildirir.



Xəbərin oxunma sayı : 820
Sosial
Xəbərlər
-
Hansı bölgələrdə insanlar içkiyə daha çox pul xərcləyiblər? - Rəsmi məlumat
-
5 aydır itkin düşmüşdü - Polis qətlə yetirildiyini müəyyən etdi
-
“Mən şəxsən Rəqsanə və əri ilə görüşüb pulları vermişəm” - Şikayətçi danışdı + VİDEO
-
Zəngəzur dəhlizi ilə bağlı tarixi addım - Dəmir yolunun təməli atılır
-
Britaniya 5 təşkilata sanksiya tətbiq edib - Rusiyaya sanksiyalardan yayınmağa kömək ediblər
-
Azərbaycanda 3 medal satışa çıxarıldı - FOTOLAR
-
Liftin şaxtasından mənzilə girdi - 13 823 manatlıq oğurluq etdi
-
Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişdi - Yeni təyinatlar
-
Prezident və birinci xanım Gəncəyə səfər etdi - FOTOLAR
-
Xəzərdəki bu ada Abşerona birləşəcək - AÇIQLAMA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Paytaxtın iki ünvanında avtobus zolağından minib-düşmə yeri yaradıldı - Fotolar
-
İki rayona prokuror təyin edildi - Baş prokuror Əmr imzalayıb
-
FHN filtr istehsalı sexinin fəaliyyətini dayandırdı - VİDEO
-
Putin Ərdoğana zəng etdi - Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub
-
Binəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi milyonluq obyektə sahibdir - SƏNƏD
-
Aqil Ələsgər İstanbulda mükafata layiq görüldü - FOTO/VİDEO
-
Çin-Hindistan gərginliyinə son: Tarixi normallaşma başlayır
-
Bir vəkilin fəaliyyətinə xitam verildi - Altısına xəbərdarlıq edildi
-
ABŞ 6000-dən çox tələbə vizasını ləğv edib - Dövlət Departamenti
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Bu qəzet fəaliyyətini dayandırdı - Əksər işçilər “Xalq“a keçdi
-
60 yaşlı kişi qətlə yetirildi - Bacısı oğlu saxlanıldı
-
İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi - Tramp
-
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Statistika
-
“Putin Zelenski ilə görüşə hazır deyil - “CNN“
-
35 min manat dəyərində günəş panelləri oğurlandı - 3 nəfər saxlanıldı
-
Bakıda ŞOK OLAY: Sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi DÖYDÜ
-
“10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır” - “Bloomberg”
-
Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı azaldı - SƏBƏB....
-
Hərbi Prokurorluqda yenilik - Etimad xətti yaradıldı
-
Ötən il 38 qızqaçırma olub - Bir ilin cinayətləri
-
Bakıda yeni tibb müəssisəsi inşa edilir - 26 milyona başa gələcək
-
Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu - VİDEO
-
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
-
“Qarabağ“ın möhtəşəm qələbəsi - VİDEO
-
İxtisas seçimi başa çatdı - Ən çox rəqabət bu qruplardadır
-
Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdə satılır - VİDEO
-
Azərbaycan ət idxalını 18 faiz azaldıb - Komitə
-
Çempionlar Liqası: “Qarabağ“ “Ferentsvaroş“ səfərində inamlı qələbə qazanıb
-
Zelenski və Putin danışıqlar masasına oturmağa hazırdır - Ağ Ev
-
Aygün Kazımovadan yeni klip - Özü çəkilməyib
-
“Qəzza ilə bağlı danışıqlarda irəliləyiş var“ - Misir XİN
-
İki rayonda qaz fasilələrlə veriləcək - XƏBƏRDARLIQ
-
“Dalga Beach“də işləmiş bir qrup işçi maaşlarını ala bilmirlər - VİDEO
-
Avtobus dayanacağında antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Suqovuşan kilsəsinin sirri: Alban irsi üzərində erməni saxtakarlığı
-
Gəncədə 15 yaşlı oğlan qətlə yetirildi - Həmyaşıdı saxlanıldı
-
Nazirlik o görüntülərlə bağlı açıqlama yaydı - Həkim deyilmiş
-
Dünyada ən çox qızıl bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?
-
İşə düzəltmək adı ilə 100 minlik dələduzluq - Qazi həbs edildi
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı - Fotolar
-
“Özündən 10 dəfə böyük ölkə ilə münaqişəyə girməməlisən“ - Tramp
-
18 kq 500 qram narkotik vasitə aşkarlandı - DİN-dən əməliyyat
-
Prokurorluq estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır - VİDEO
-
“Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirmək istəməyib“ - Lavrov
-
Şagirdlərin elektron yerdəyişməsi: müddət uzadılıb
-
Azərbaycanın dövlət borcu ilə bağlı proqnoz AÇIQLANDI
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Ölkəyə mal gətirən sahibkarlardan nazirlik rəsmiləri pulu belə alıb - MƏHKƏMƏ İŞİ
-
Azərbaycana ən çox hansı ölkələrdən səfər edirlər? - Siyahı
-
“TamStore”də müştəriləri aldadırlar - İşə məhkəmə baxacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Magistraturaya boş qalan yerlərə 617 nəfər qəbul olunub - DİM açıqlama yaydı
-
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
-
Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq - Nə vaxtdan tətbiq ediləcək?
-
Tramp Avropa liderlərini bu cür qəbul etdi - Fotolar böyük rezonans doğurdu
-
AFFA buna görə klublara pul ödəyəcək - MƏBLƏĞ
-
Əməliyyat zamanı daha bir biabırçılıq: Xəstənin çılpaq görüntüləri yayıldı – VİDEO
-
46 yaşlı kişi qətlə yetirilib - Qadın şübhəli qismində saxlanılıb
-
Zəngəzur dəhlizinin təhlükəsizliyini Ermənistan təmin edəcək - Paşinyan açıqladı
-
Bu şirkətin anbardarı həbs edilib - 50 minlik yeyinti
-
Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı - FOTO
-
“Avropa, NATO və Ukrayna ilə olan birlik qalib gəldi“ - Poroşenko
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - QİYMƏTLƏR
-
20 minə yaxın abituriyent tələbə ola bilməyəcək - Açıqlama
-
Bakıda TV rəhbəri həbs edildi - Mətbuat katibinin şikayəti əsasında
-
Ev tikintisinə sərmayələr artdı: 7 ayda 1,5 milyard manat...
-
Zelenski Trampın xanımına təşəkkür etdi - Bunun üçün
-
Prodüser Emin Əfəndi Rusiyaya buraxılmadı - Milyarderin oğlunun toyuna gedirdi...
-
Tempratur 37 dərəcəyə qədər qalxacaq, bəzi yerlərdə yağış yağacaq - Sabahın havası
-
Azərbaycan Fransaya neft satışını bərpa edib - Ölkələrin siyahısı
-
Bakıda yataqxanada yanğın olub - Xəsarət alan var
-
İlham Əliyev Cared Koheni qəbul etdi - FOTOLAR
-
“Azərbaycan Dəmir Yolları“ QSC-də qalmaqal: tender anlaşması niyə pozulub?
-
Fövqəladə Hallar Nazirliyi Bakıda iki sexi bağladı - Video
-
“Boşanmıram, əl çəkin!“ - Model Diana Əhədpur (VİDEO)
-
Paşinyan Pezeşkiyanı belə qarşıladı – VİDEO
-
“Azyaşlı qızların belə davranışı qəbuledilməzdir” - Dövlət Komitəsi
-
İçərişəhəri avtobusla gəzə bilərsiniz - Gedişhaqqı 1 manat
-
Xocalı və Xocavənddə yanğına səbəb olan şəxs saxlanıldı - Rəsmi
-
“Belqraddakı iğtişaşlar “rəngli inqilab” cəhdinin tərkib hissəsidir“ - Vuçiç
-
“AS İnşaat” işçisi maaşsız qaldığını iddia edir: “May ayından bəri pulumu ala bilmirəm”
-
Paytaxtda torpaq bazarı alovlanır - Ən bahalı rayonlar - CƏDVƏL
-
Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib - Zelenski
-
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
-
Azərbaycanda körpə ölümləri ən çox bu rayonlarda qeydə alınıb - Siyahı
-
Sabunçuda qrunt suları ilə bağlı ayrılan vəsait tam xərclənməyib - Maliyyə Nazirliyi
-
Bakıda gənc qız iki dəfə evli olmuş 4 uşaq atası ilə qaçıb - TƏFƏRRÜAT
-
“Nə qədər ki, mən burdayam, Tayvana təhlükə yoxdur” – Tramp adaya təminat verib
-
İctimai yerdə dini ayin keçirənlər həbs edildi - FOTO
-
Şəhidlər xiyabanında qeyri-etik davranış sərgiləyən turistlər saxlanıldı - Cinayət işi açıldı + VİDEO
-
Bakıda 35, rayonlarda 36 dərəcə isti olacaq - Sabahın havası
-
“Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur” - Səhiyyə Nazirliyi
-
Azərbaycanda süni göllər əvvəlki vəziyyətinə qaytarıla bilərmi? - VİDEO
-
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi - FOTO
-
Maşınını binanın yanında saxladı, başına iş gəldi - VİDEO
-
Kəmaləddin Heydərov generalın oğluna vəzifə verdi - Naxçıvanda
-
Aygün Kazımovanın adından dələduzluq - VİDEO
-
Nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb - Statistika
-
Zelenski bu gün Trampla, sabah Avropa liderləri ilə görüşəcək – Ukrayna lideri bəyanat yaydı
-
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - Tam siyahı
-
Bahalı universitetlərimiz - İllik təhsil haqqı nə qədərdir? + SİYAHI
-
“Aİ Trampın bugünkü görüşdə Zelenskiyə təzyiq göstərəcəyini gözləyir“ - WSJ
-
Daha bir əməliyyat İcbari Tibbi Sığortaya daxil edildi - VİDEO
-
İrandan Rusiyaya kahı aparanların yükündən marixuana çıxdı - Fotolar
-
Rusiya yenə SOCAR terminalını vurdu - “Shahed” tipli PUA ilə
-
Məşhur otel AQTA-nın cəriməsini ləğv etdirdi - 4 il sonra gələn məktub
-
Çin avtomobillərinin qiymətində ucuzlaşma: Səbəb nədir? (VİDEO)
-
“Sahil Transport” işçi axtarır - 1500-2000 manat maaş
TOP 10
ARXİV