Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Avropa İttifaqı Ukrayna ilə bağlı xüsusi tribunal yaradır – 26 ölkə öhdəlik götürüb

Tarix 21.10.25, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, Aİ-yə üzv olan 26 dövlət Ukrayna müharibəsi ilə bağlı xüsusi tribunalın yaradılmasında iştirak etməyə razılıq verib.

“Bu gün 26 üzv ölkə həmin tribunalın iştirakçısı olma öhdəliyini üzərinə götürdü”, – deyə Kallas bildirib.

Onun sözlərinə görə, Brüssel hazırda layihənin xərcləri ilə bağlı smetanı, o cümlədən Niderlandın təkliflərini gözləyir. Bu proses başa çatdıqdan sonra tribunalın yaradılması üzərində iş davam etdiriləcək.

Xüsusi tribunal ideyası Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən 2022-ci ildə irəli sürülüb. Yeni qurumun Avropa Şurasının çərçivəsində formalaşdırılması nəzərdə tutulur. Xatırladaq ki, Rusiya həmin il Avropa Şurasından çıxıb.

Kreml isə bildirib ki, belə bir tribunalın legitimliyini tanımır. Moskvanın sözlərinə görə, bu təşəbbüsü dəstəkləyən ölkələr “tamamilə birtərəfli və qeyri-konstruktiv mövqe” nümayiş etdirirlər.



Xəbərin oxunma sayı : 1285




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap