“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Hollywood”da kütləvi dava - Tiktokeri döydülər

Tarix 22.01.26, 18:11

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi rayonu Azadlıq prospektində yerləşən “Hollywood” restoranında kütləvi dava olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb.

Məclisdə iştirak edən Adel adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava-dalaşlarla əlaqədar tədbir görülmüş iş adamlarından biri və onun yaxın çevrəsi olub.

Məlumata görə, insident mübahisə zəminində baş verib. Belə ki, iş adamı məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib. Bundan sonra tiktoker Adel ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Eyni masada əyləşən Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər.

Məşhur iş adamı Şərurlu İsfəndiyara məxsus olan restoranın rəhbərliyi tərəfindən hadisə yerinə polis əməkdaşları çağırılıb. 

DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Binəqədi rayonunda yerləşən restoranların birində insident baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında təhqiqat araşdırmalarına başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

Fotoda tiktoker Adel (Nurəddin Babayev)

Fotoda Kənan Məmmədov





Xəbərin oxunma sayı : 1342




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap