Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Hadi İnşaat“la bağlı “tender əməliyyatları“ davam edir - Daha bir müsabiqənin qalibi oldu

Tarix 25.10.25, 15:56

Font ölçüsü : - / +
bitmap-img6


Təkcə oktyabr ayında dövlət satınalmaları yolu ilə 2,7 milyonluq sifariş alan "Hadi İnşaat" MMC daha bir tender müsabiqəsinin qalibi olub.

Qaynarinfo xəbər verir ki, şirkət bu dəfə Ağcəbədi Rayon İcra Hakimiyyətinin Ağcabədi şəhərinin küçə və prospektlərində abadlıq (işıqlandırma) işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi elan edilib. 

Bu tender üzrə icra hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 572 245,27 manatdır. 

"Hadi İnşaat" MMC bundan əvvəl Zərdab Şəhər İcra Hakimiyyəti Başçısının Zərdab Şəhəri üzrə Nümayəndəliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçirdiyi tenderlərin qalibi seçilib. Tenderlərin hamısı təmir-tikinti və abadlıq işləri ilə bağlı keçirilib. 

"Hadi İnşaat” MMC 28 fevral 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Şabran rayonu, Dağ Bilici kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Nəsirli Əminə İlham qızıdır. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Cumayev Fuad Tahir oğlu olub. Bu şəxslər haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. "Hadi İnşaat” MMC barəsində hər hansı məlumat yoxdur. 

Adicə internet səhifəsi və əlaqə telefonları olmayan "Hadi İnşaat” MMC-nin maddi-texniki bazasının eyni vaxtda müxtəlif rayonlarda abadlıq, təmir işlərini aparmaq üçün yetərli olub-olmadığı bəlli deyil. 

Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur. Rafil Hüseynov bu vəzifəyə 2019-cu ildə təyin olunub.

Rafil Hüseynov 2012-2019-cu illərdə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.



Xəbərin oxunma sayı : 880




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap