![]() |
|














“Azərdövlətlayihə” DBL institutunun direktoru Müsədin Namazov plagiatlıqda İTTİHAM OLUNUR
Tarix 21.06.19, 12:39 |
|

Əvvəlcə qeyd edək ki, plagiat (plagiarizm, plagiatlıq, plagiatçılıq,) çox vaxt əmanətə xəyanət, qüsurlu sitat, müəllif hüququna qəsd, ədəbi-elmi oğurluq, imitasiya, dələduzluq, və s. kimi qəbul olunur.Dövlət vəsaiti hesabına nəşr olunmuş, hətta mükafatlandırıldığı deyilən sözügedən toplum iddialara görə plagiatdır, yəni əmanətə xəyanətdir, müəllif hüququna qəsddir, dövlətə, xalqa və elm ictimaiyyətinə hörmətsizlikdir. Elə daxil olmuş məlumat bu mövzunun nə qədər aktual olduğunu bir daha təsdiq edir. Keçək mətləbə.
Azia.az bildirir ki, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış memar Xəlil Cəfərov “Azərdövlətlayihə” DBL institutunun direktoru Müsədin Namazovla bağlı sensasiya yaradacaq iddia ilə çıxış edib. Onun fikrincə milli memarlıq irsini təmsil edən element və formalarından ibarət toplunun hazırlanmasında ona qarşı ciddi şəkildə haqsızlıq olunub və hazırlanmış toplum plagiatdır. Qeyd edək ki, hadisələrin bir neçə il bundan əvvəl baş verməsinə baxmayaraq hələ də aktualdır və yenidən gündəmə gətirilir. Bu iddialar hələ uzun illər öncə bir toplantıda Xəlil Cəfərov tərəfindən səsləndirmişdir. Odur ki, Xəlil Cəfərovun Plenumdakı çıxışından hazırlanmış yazını olduğu kimi təqdim edirik.

Xəlil Cəfərov
“Memarlar İttifaqının 10 iyun 2016-cı il tarixdə keçirilən plenumunda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış memar Xəlil Cəfərov plenum iştirakçılarına müraciət edərək aşağıdakı məlumatı bildirmişdi. 2007-ci ildə “Azərdövlətlayihə” institutunda müdir vəzifəsinə təyin olunduğu zaman, Xəlil Cəfərov institutun arxivlərində illərlə toplanmış sənədlərin tullanmaq təhlükəsinin qarşısını alaraq, bunlarla yaxından tanış olub, böyük dərəcədə milli memarlıq sənətinin tarixi üçün əhəmiyyət kəsb etdiyini başa düşərək bunlardan milli memarlıq irsini təmsil edən element və formalarından ibarət bir toplunun hazırlanması qərarına gəlmişdir. Bir neçə il müddətində toplu üzərində böyük tədqiqat işi aparılmış, hər elementin yenidən cizgiləri hazırlanmış, onların təsnifatı yazılmış, terminlər sözlüyü tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. Kitabın hazır olması ərəfəsində memar Elçin Əliyevin kitab çapında müəyyən təcrübəsi olduğu üçün ona yardım göstərmək məqsədilə müraciət edilmişdir. 2014-cü ildə “Azərdövlətlayihə” institutuna rəhbər vəzifəyə M.Namazov təyin edildikdən sonra bu işlər müvəqqəti dayandırılmışdır. Sonradan M.Namazovun kitabın nəşrinə maddi dəstək verməsi şərtilə onun adının müəllif Xəlil Cəfərovla birgə yazılması müzakirə olunmuş, lakin maliyyə çətinlikləri üzündən kitab çap olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə Azərbaycan Memarlar İttifaqı tərəfindən nəşr üçün hazırlanmış 25 adlı memarlıq mövzusunda azərbaycan, ingilis və rus dillərində 2013-cü ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap olunmuş kitabları görərək, müəllif Xəlil Cəfərov dərhal kitabın azərbaycan və ingilis dillərində maketini hazırlayıb Memarlar İttifaqına 2015-ci ildə təqdim etmiş və bunun növbəti kitab seriyasının siyahısına salınmasını xahiş etmişdir.“Tərəqqi” medalı almış “Azərdövlətlayihə” DBL institutunun direktoru Müsədin Namazov plagiatlıqda ittiham olundu Dəfələrlə M.Namazova və E.Əliyevə etdiyi müraciətlərə “vəsait yoxdur, iş dayanıb” cavablarını almışdır. Plenumdan az öncə kitabın Türkiyədə M.Namazov və E.Əliyevin müəllifliyi ilə, Xəlil Cəfərovun heç adı belə çəkilmədən çap olunması məlumatını almışdır ki, bu da onun hədsiz qəzəbinə və mənəviyyatına zərbə kimi qəbul etməsinə səbəb olmuşdur. Bunlar azmış kimi, “Azərdövlətlayihə” institutunun yubileyinə həsr edilmiş kataloqda Xəlil Cəfərovun müəllifliyi ilə inşa olunmuş binaların fotoları belə onun adı qeyd edilmədən göstərilmişdir. Plenumda bunları deyərək Xəlil Cəfərov həmkarlarından dəstək istəmiş və onun müəlliflik hüquqlarının qorunmasını xahiş etmişdi. Deyilənlər Plenum iştirakçıları tərəfindən hiddətlə qəbul edilmiş, plagiat, oğurluq və insaniyyətlik etikasına zidd olan hərəkət kimi qarşılanmışdı. Plenumda iştirak edən müəlliflərdən biri - Memarlar İttifaqının məsul Katibi Elçin Əliyev, Xəlil Cəfərovun məlumatının düzgünlüyünü təsdiqləmiş, lakin özünün və M.Namazovun müəllifliyi ilə çap olunmasını və əsl müəllif olan Xəlil Cəfərovun, kitabın hazırlanmasında iştirak etmiş mütəxəssislərin, hətta ingilis dilinə tərcüməçinın adlarının çəkilməməsi səbəbini M.Namazovdan öyrənməyi məsləhət görmüşdü. Bu kimi münasibətləri qəti yolverilməz sayaraq, konflikt tərəflərinin məsuliyyətlərinin dərəcəsini müəyyənləşdirmək üçün məsələnin diqqətlə araşdırılması və Memarlar İttifaqının Katibliyinin növbəti iclasında məlumat verilməsi Plenum tərəfindən Azərbaycan Memarlar İttifaqının Peşəkarlıq Etikası Kollegiyasına tapşırılmışdı...”

Namazov Müsədin Əhməd oğlu kimdir?
Namazov Müsədin Əhməd oğlu 4 avqust 1963-cü ildə Gürcüstan Respublikasının Saqareco bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. 1970-1980-ci illərdə Düzəyrəm kənd məktəbində orta təhsil alıb.
O, 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu fərqlənmə diplomu ilə memar ixtisası üzrə bitirmişdir.
M.Ə. Namazov ali təhsilini tamamladıqdan sonra “Azərdölətlayhə” İnstitutunun 1 nömrəli Emalatxanasında memar kimi öz ixtisası üzrə ilk əmək fəaliyətinə başlamışdır.
O, 1986-cı ildə ordu sıralarına çağrılmış və 1988-ci ilə kimi SSRİ Silahlı Qüvvələri sırasında əvvəlcə sıravi əsgər, sonra isə manqa komandiri olmuşdur.
Müsədin Namazov ordudan tərxis olunduqdan sonra yenə doğma kollektivə - “Azərdövlətlayihə” İnstitutuna qayıtmış, əvvəlcə 1 nömrəli Emalatxanada memar (1988-1990-cı illər), aparıcı memar (1990-cı il), qrup rəhbəri (1990-1993-cü illər), layihənin baş memarı (1993-2007-ci illər), 2 nömrəli Emalatxananın rəisi (2007-2009-cu illər), sonra isə 2 nömrəli Memarlıq Planlaşdırma şöbəsinin müdiri (2009-2011-ci ilər) olmuşdur.
M.Ə. Namazov 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır.
O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ-nin direktoru təyin olunmuş və 2014-cü ilin may ayına kimi bu vəzifədə çalışaraq özünü səriştəli rəhbər kadr kimi təsdiq etmişdir.
Müsədin Namazov 2014-cü ilin may ayının 27-də Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun əmri ilə “Azərdövlətlayihə” DBL İnstitutunun direktoru vəzifəsinə təyin olunub və artıq 2-ci ildir ki, 1986-cı ildə AzMİU-nu bitirib təyinatla gəldiyi və uzun illər çalışdığı “Azərdövlətlayihə” DBL İnstitutuna rəhbərlik edir.
Qızı Səma Azərbaycan İqtisad Universitetinin bakalavr dərəcəsini almış və Böyük Britaniyanın Edinburq Universitetinin magistr dərəcəsini bitirmişdir, işləyir. Atasının adını daşıyan oğlu Əhməd isə hazırda İngiltərənin Newcastle Universitetinin memarlıq fakültəsində təhsil alır.(Bu barədə sonra daha ətraflı yazılacaq)
Təltiflər
Azərbaycan Respublikası Memarlar İttifaqı Rəyasət Heyəti Katibliyinin 04 nömrəli qərarı ilə Azərbaycan Memarlar İttifaqının yaradılmasının 70 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Memarlar İttifaqı üzvünün “Fəxri Nişanı” (2008-ci il);
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində dövlət qulluğunda fərqləndiyinə və əldə etdiyi nailiyyətlərə görə “Fəxri Fərman” (2008-ci il);
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı (2010-cu il);
Müsədin Namazov Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Namazov Müsədin Əhməd oğlu Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə “Əməkdar Memar” fəxri adı ilə təltif edilmişdir.
P.S. Redaksiya olaraq belə təltiflərə layiq görülmüş bir memarın səslənən iddialara münasibətini öyrənməyə çalışdıq, amma bu mümkün olmadı. Ancaq Xəlil Cəfərovla telefon əlaqəsi saxladıq. Xaricdə olmasına baxmayaraq suallarımızı cavablandırdı.
Xəbərin oxunma sayı : 289
Sosial
Xəbərlər
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Azərbaycanlı bloqer sevgilisinə yaşı qədər hədiyyə ALDI - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
TOP 10
ARXİV