Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Avropa NATO müttəfiqləri Rusiya ilə müharibəyə hazırlaşır“ - Narışkin

Tarix 21.10.25, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


"Moskva Avropa NATO müttəfiqlərinin Rusiya ilə müharibəyə hazırlaşdıqlarını görür".

Bu sözləri XKX-nin direktoru Sergey Narışkin MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Konfransının iclasında deyib.

Narışkin bildirib ki, Avropanın NATO tərəfdaşları Rusiyaya qarşı hərbi əməliyyata hazırlaşırlar. Onların qarşısında mümkün qədər tez zamanda alyansın çevik reaksiya qüvvələrini bütün lazımi silah və resurslarla təmin etmək tapşırığı dayanır.

O, həmçinin qeyd edib ki, Avropa hərbi-sənaye kompleksi istehsalın dəfələrlə artırılması rejiminə keçir. Mütəmadi olaraq səfərbərlik ssenariləri həyata keçirilir, əhali isə sistematik olaraq Moskva tərəfindən ehtimal edilən qaçılmaz hücum ilə bağlı təbliğata məruz qalır.

Sergey Narışkinin sözlərinə görə, Rusiyaya, eyni zamanda, əsas problemin həll edilməmiş qaldığı da məlumdur - lazımi fiziki hazırlığa və psixoloji dayanıqlığa malik kifayət qədər sayda səfərbərlik ehtiyatını haradan tapmaq olar.

"Avropa elitasının daha bir başağrısı da ictimaiyyət, xüsusən də gənclər arasında geniş yayılmış sosial apatiya və hakim elitadan narazılıqdır. Brüssel, Paris və Berlin də əmin deyillər ki, Vaşinqton, Rusiya ilə müharibə başlayarsa, Vaşinqton müqaviləsinin 5-ci maddəsi üzrə öz öhdəliklərini yerinə yetirəcək. Bunsuz isə, Avropa Xarici Fəaliyyət Xidmətinin də qəbul etdiyi kimi, ölkəmiz üzərində strateji üstünlük əldə etmək üçün hesablamalar, sitat gətirirəm, illüziyadır", - deyə o bildirib.



Xəbərin oxunma sayı : 1066




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap