Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“Akkord“ yaşayış kompleksində nə baş verir? -VİDEO

Tarix 28.05.25, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


Kommunal ödənişlər yığılır, amma binaya xərclənmir.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən ``Akkord`` yaşayış kompleksi kimi tanınan ``Uğur 2`` kompleksinin bəzi sakinləri belə iddia edirlər.

Onlar yaşadıqları binadakı idarəetmədən narazıdırlar.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, illərdir, aylıq olaraq komendant vasitəsilə kommunal ödənişlərini edirlər. Amma iddiaya görə, bu pullar bir çox hallarda binanın saxlanmasına deyil, onlara bəlli olmayan istiqamətlərə yönəldilir. Ən ciddi problem isə gündəlik istifadədə olan liftlərin vəziyyətidir.

Sakinlər liftlərlə yanaşı, kompleksin ərazisində vəziyyətin ürəkaçan olmadığını deyirlər. Həyətdəki oturacaqlar sınıq, asfalt örtüyü bərbad haldadır.

Sakinlər bildirir ki, binanın ümumi xərcləri üçün toplanan pulların şəffaflığı təmin olunmur. Buna görə də komendant pulunu bəziləri ödəməkdən imtina edib. İndi sakinlərin əsas tələbi yeni komendantın sakinlərin iştirakı ilə və qanunvericiliyə uyğun seçilməsidir.

Sakinlərin şikayətini dinlədikdən sonra məsələni ``Uğur 2`` yaşayış kompleksinin komendantı Anar Məmmədova ünvanlamaq istədik. Ofisə getdik, amma yerində deyildi. Telefonla əlaqə saxlayan zaman isə o bəzi hallarda sakinlərin liftdən istifadəsini məhdudlaşdırdığını etiraf etdi. Bildirdi ki, şikayət edənlərin əksəriyyəti ödəniş etməyən sakinlərdir.

Anar Məmmədov onu da qeyd etdi ki, toplanan pulların hansı istiqamət üzrə xərcləndiyinin hesabatını verə bilər.








Xəbərin oxunma sayı : 859




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap