“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Zəmanətsiz məhsullar xarab çıxarsa, nə etməli? - İZAH

Tarix 01.12.23, 20:58

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi məhsullar zəmanətli müddətlə satıldığı halda, bəzilərinə zəmanət verilmir.

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti zəmanət müddəti ilə bağlı qeyd edir:

Zəmanət müddəti - məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir.

Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Məhsul dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.

Ancaq qeyd etdiyimiz kimi, hər məhsula zəmanət verilmir. Bəs zəmanət verilməyən məhsul xarab çıxarsa, onda müştəri nə etməlidir?

Oxu.Az bu suala cavab axtarmağa çalışıb.

Bildirək ki, belə hal hamının başına gələ bilər. Burada müştəri ilə satıcı arasında mübahisə də yarana bilər. Lakin bunlar faktiki reallıqlardır. Ola bilər ki, alıcı ilə satıcı məsələləri bir-birinin vicdanına buraxsınlar.

Hüquq isə, zəmanət verilməyən məhsul xarab çıxarsa, istehlakçı üçün də, satıcı üçün də hüquq tanıyır.
Belə ki, istehlakçı istehsalçı qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə məlumat verməlidir.

Burada bir məqam var. Elə bir hal ola bilər ki, məhsulun zəmanətli olub-olmaması ilə əlaqədar istehlakçı ilə malı satan arasında müqavilə imzalansın. İstehlakçı bu müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iki il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.

Mülki Məcəllənin 589.2-ci maddəsində bu situasiya ilə bağlı hüquqi izah verilir.

Qeyd olunur ki, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.

Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.



Xəbərin oxunma sayı : 916




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap