Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yol polisi uşağın sürdüyü maşını qovdu – QƏZA OLDU (VİDEO)

Tarix 20.06.18, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərinin Nizami rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, “Xəzər” universitetinin qarşısında “Mercedes S Class” markalı, 90 KL 506 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb.

İlkin araşdırma zamanı məlum olub ki, qəza Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 509 dövlət qeydiyyat nişanlı “BMW”nin “Mercedes”i təqib etməsindən sonra baş verib.

Belə ki, DYP əməkdaşı 14 yaşlı Samir Səfərovun (ad şərtidir) avtomobil idarə etdiyini görərək onu təqib edib. Həyəcanlanan uşaq uzaqlaşmaq istəyərkən qəza törədib.

Avtomobilin sahibi, qəzada yaralanan yeniyetmənin atası Vüqar Səfərov bildirib ki, yol polisinin onun oğlunun sürdüyü maşını təqib etməyə hər hansı əsası olmayıb: “Maşının üzərində həbs və ya ödənilməmiş cərimə yoxdur. Əgər uşaq qəzada xəsarət almayıb ölsəydi, necə olacaqdı? Bu barədə nazirliyə də müraciət etmişəm, xahiş edirəm bu kimi hallara son qoyulsun”.

Qeyd edək ki, uşaq atasından icazəsiz avtomobili idarə edirmiş.







Xəbərin oxunma sayı : 529




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap