Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yol polisi sürücülərə müraciət edib- Aşura günü ilə əlaqədar

Tarix 19.09.18, 20:44

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sentyabrın 20-də keçiriləcək Aşura mərasimləri ilə bağlı sürücülərə müraciət edib

BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. “Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədar məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər. Məscidlərin və mərasimlər keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolun hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə, park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.



Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap