Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Yeni bufer zonaları yarana bilər – “Reuters”

Tarix 14.09.22, 18:56

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistanla Azərbaycan arasında silahlı toqquşmanın genişlənməsi Rusiya və Türkiyə kimi regional güclərin münaqişəyə cəlb olunması, neft və qaz nəqlində mühüm dəhliz sayılan, Ukrayna müharibəsinin enerji tədarükünü çətinləşdirdiyi bir dövrdə əhəmiyyəti daha da artan Cənubi Qafqazda sabitliyin pozulması riskini yaradır”. 

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Reuters” agentliyinin sentyabrın 12-dən Ermənistan-Azərbaycan sərhədində baş qaldırmış gərginliklə bağlı şərhində belə deyilir.

Qeyd olunur ki, Ermənistan-Azərbaycan müharibəsi Moskvanın bunu reallaşdırmaq imkanında olmadığı bir vaxtda bölgəyə əlavə sülhməramlı qüvvələrin yeridilməsi zərurətini də ortaya çıxara bilər.

Şərhdə həmçinin bildirilir ki, münaqişə ən azı Ermənistanın cənubunda yeni bufer zonalarının (təhlükəsizlik zonaları) yaranması ilə nəticələnə bilər. “Reuters” hazırda xarici oyunçuların belə zonaların yaranması prosesinin qarşısını almaqda aciz olduğunu vurğulayır.

Novator.az xatırladır ki, sentyabrın 12-si gecə və sentyabrın 13-ü səhər Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində qanlı döyüşlər gedib. Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusunun şəhid olduğu açıqlanıb. Ermənistanın hərbi itkiləri 49 nəfər göstərilir.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti yeridilib.

Ermənistana gedən yolun marşrutu qismən dəyişdiyi üçün 2022-ci il avqustun 26-da Laçın rayonu tam azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır



Xəbərin oxunma sayı : 1141




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap