“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yaşayış minimumunu artıran dəyişiklik - İqtisadçı detalları açıqladı

Tarix 22.05.25, 12:17

Font ölçüsü : - / +
bitmap-img6


“Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik edilir. Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək.

Məsələni şərh edən iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, mövcud qanunvericilik sosial sahəyə aid müəssisələr üçün bu normaların təsdiqini nəzərdə tutmurdu və bu da onların institusional imkanlarını məhdudlaşdırırdı.

Onun sözlərinə görə, yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq: “Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşdirilərək təsdiq olunacaq. Bu da qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçiriləcək.”

İqtisadçı vurğulayıb ki, yeni istehlak səbəti əvvəlki dövrdə artan xərcləri də nəzərə almağa imkan verəcək və bu, hazırda 285 manat olan yaşayış minimumunun gələcəkdə artırılmasına zəmin yaradacaq:

“Bu dəyişikliklər xüsusilə sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşların müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır,” – deyə Vüqar Bayramov qeyd edib.



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap