Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Xətai şefi Heydər Əliyevə hörmətsizlik edən qohumunu danlayıb – Foto/Təfərrüat

Tarix 19.09.18, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Xətainin icra başçısı Razim Məmmədovrayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi olan bibisi oğlu Əvəz İsmayılovu danlayıb

Buna səbəb mərhum prezident Heydər Əliyevin xatirəsinə qarşı edilən hörmətsizliyin mediaya çıxmasıdır.

Bu haqda afn.az məlumat yazmışdı. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin həyətində H.Əliyevin həyat yoldaşı Zərifə Əliyeva ilə olan birgə portret lövhələri yerə atılıb və plakatlar hörmətsiz şəkildə qalıb, üzərinə isə dəmirlər qoyulub. 

Bu fakt mediaya çoxdan çıxıb və böyük rəzalətə səbəb olub. İcra başçısı bibisi oğlu olan MKTB rəisindən məlumatın yığışdırılmasını tələb edib. O da xəbərləri ört-basdır etmək üçün dərhal hərəkətə keçib. 

MKTB rəisi Əvəz İsmayılov işçiləri danlayıb, bəzilərinə töhmət verib, fotoların mətbuata çıxmasına görə onun özünə də söz gəlib. Hətta onu işdən çıxarmaq məcburiyyətində imiş. Sonra mediada xəbərlərin gündəmdən çıxarılması tələbini şərt qoyub. 

Amma məsələ ondadır ki, icra başçısının qohumu faktlar mediada ictimailəşənə qədər heç bir tədbir görməyib, hər gün portretləri yerdə, dəmirlərin altında görsə də, laqeydlik göstərib.

Amma Ə.İsmayılov bir idarə rəisi kimi diqqətli və həssas olmalıydı. Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycanda tarixi şəxsiyyətlərin qorunması ilə bağlı qanunun qəbul edilməsi təklif edilirdi və onların təhqir olunmasının qarşısını almaq təşəbbüsü qaldırılmışdı.

Bundan əlavə, "eks prezidentlər haqqında” qanun var və onların aşağılanması yolverilməzdir. Məsələn, hazırda eks prezident Əbülfəz Elçibəyin "Tolik” tərəfindən təhqir olunması gündəmdədir.
 


Cahan.info xəbər verir ki, R.Məmmədov özü də dövlət rəhbərliyinin narazılıq etdiyi icra başçılarından biridir. O, vətəndaşları dinləmir, yaşıllıqları, parkları satır.

Deməli, heç bir məsuliyyət daşımadan, qorxmadan magistral yolun kənarı boyunca sağ və sol istiqamətlərdə olan şam ağacları məhv edilib.

İndi bir adi vətəndaş əlinə balta alıb günün günortaçağı Xətai rayonunda ağac kəsməyə başlasa, ona elə bir cərimə kəsərlər ki, özünə gələ bilməz.

Amma yol kənarında yaşıllıqların qatilləri deyəsən toxunulmazlıq statusu alıblar. Odur ki, gedib görsəniz, biləcəksiniz ki, Xətaidə meşəliklər ancaq yaddaşlarda qala bilər.

Rayonun bəlası olan icra başçısı Razim Məmmədov gəldiyi gündən nə səki qoyub, nə park saxlayıb, nə piyada yolu qalıb, nə ağac qorunub.

İllərdir ki, yazılır, fakt təqdim olunur, yaşıllıqların qırılması, yerlərinin obyekt tikintisinə satılmasına dair sübutlar göstərilir, amma Xətai RİH "tükünü tərpətmir”.

Sakinlər deyirlər ki, kimdən kimə şikayət edəsən: "İcra başçısı burda bir kvadratı 30 minə satır. Gecə yatırsan, səhər görürsən dünənki ağaclar yoxdur, parkın içi zəbt olunub. Burada bir sotun qiyməti 80-100 mindir.

Budur baxın, Ukrayna dairəsindən üzü aşağı gedəndə yolun hər iki tərəfində yenə obyekt tikmək üçün ərazilər şumlanıb. Xətai icra hakimiyyətinin işi torpaq satmaq, ağac kəsməkdir”.

"Əhmədli” metrosunun çıxışı, "Həzi Aslanov” metrosunun ətrafı, ümumiyyətlə rayonun elə bir qarışı qalmayıb ki, orda icra başçısının "əl işi” olmasın. 

Qarşı tərəfi dinləməyə hazırıq.
 
(Cahan.info)



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap