Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Xaricdən gətirilən buğda ucuzlaşıb, çörək niyə ucuzlaşmır? – Qiymətlər

Tarix 19.12.22, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 11 ayı ərzində xarici ölkələrdən Azərbaycana 398 milyon dollar dəyərində 1 milyon 167,9 min ton buğda idxal olunub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 38,4%, miqdar ifadəsində isə 14,7% artıb. 
Bu, həm də o deməkdir ki, ölkəyə idxal olunan buğdanın gömrük dəyəri yüksəlib. Əgər ötən ilin ilk 11 ayında idxal olunan buğdanın 1 tonunun gömrük dəyəri 282,6 dollar (480 manat) olubsa, bu ilin ilk 11 ayında bu göstərici 340,8 dollar (580 manat) olub.
Lakin onu da qeyd edək ki, bu ilin əvvəli ilə müqayisədə idxal olunan buğdanın dəyərində ucuzlaşma müşahidə olur. Bu ilin yanvar ayında xaricdən Azərbaycana gətirilən buğdanın 1 tonunun gömrük dəyəri 346,6 dollar (590 manat) olubsa, bu ilin noyabr ayında buğdanın dəyəri 321,3 dollara (546 manat) düşüb.

İlin əvvəli ilə müqayisədə idxal olunan buğdanın dəyərində 7,5% ucuzlaşma qeydə alınsa da, bu ucuzlaşma pərakəndə satış qiymətlərinə təsir etməyib. 
Xatıraldaq ki, Azərbaycan buğdaya olan ehtiyacını daxili istehsal hesabına təmin edə bilmir. Azərbaycanda ərzaq məhsullarının istehsalı üçün hər il təxminən 2,5 milyon ton buğdaya ehtiyac olur. Bundan başqa toxum, mal-qara və quş yemi üçün də il ərzində 500-600 min ton buğdadan istifadə edilir. Azərbaycanda yerli istehsal isə təxminən 2 milyon tona yaxındır.
Onu da bildirək ki, buğdanın qiyməti son aylar dünya bazarlarında da sürətlə ucuzlaşmaqdadır. Bu ilin may ayında 1 ton buğdanın qiyməti 460 dollara yüksəldiyi halda hazırda 315 dollara satılır.







Xəbərin oxunma sayı : 1291




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap