Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Vəzifədə olan məşhur idmançılar...- SİYAHI

Tarix 13.06.22, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan dövləti beyxənxalq yarışlarda üçrəngli bayrağımızı qaldıran idmançılara hər zaman yüksək dəyər verib və onlar mükafatlandırılmaqla yanaşı, müəyyən strukturlarda vəzifəyə təyinat alıblar.

Bu gün vəzifə tutan məmurlar arasında vaxtilə idmanla məşğul olmuş, yüksək nəticələr əldə etmiş şəxslər az deyil. Onlar kimlərdir, hansı vəzifələrdə çalışırlar?

Modern.az bu suallara cavaq tapmaq üçün kiçik bir araşdırma aparıb.

Zemfira Meftahəddinova

2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qızıl, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı olan Zemfira Meftahəddinova Azərbaycanın atıcılıq üzrə ən mahir idmançılarından olub. Stend atıcılığı ilə məşğul olan Zemfira xanım həm də 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Zemfira Meftahəddinova hazırda Milli Olimpiya Federasiyasının vitse-prezidenti postunu da tutur.

Aynur Sofiyeva

Aynur Sofiyeva vaxtilə keçmiş SSRİ-nin ən güclü gənc qadın şahmatçılarından sayılırdı. Jurnalistika və hüquq təhsili alan A.Sofiyeva 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu, həmin ildə 20 yaşadək qızlar arasında Dünya Çempionatının gümüş medalçısı olub, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında Dünya Çempionatında gümüş medal qazanıb. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.

Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir.

Ülvi Quliyev

Ülvi Quliyev idmanın karate növü üzrə dünya və qitə çempionu olub. Hazırda Azərbaycan Karate do Federasiyaları Assosiasiyasının prezidentidir. Əvvəllər Dövlət Gömrük Komitəsində şöbə rəisi vəzifəsində çalışıb. Əczaçılıq və hüquqşünaslıq ixtisasları üzrə təhsil alıb.
Ülvi Quliyev hazırda Milli Məclisin deputatıdır.

Adil Əliyev

Adil Əliyev kikboksinq növü üzrə idman ustasıdır. Hərbi Dəniz Qüvvələrində zabit, polis orqanlarında isə bir sıra məsul vəzifələrdə çalışıb. 2003-cü ildən polis polkovnik-leytenantıdır. Kikboksinq Federasiyasının prezidenti olan Adil Əliyev həm də bir neçə il bundan əvvəl veteranlar arasında keçirilən kikboksinq yarışının qalibi olub.

Hazırda Milli Məclisin sədr müavinidir.

Xəzər İsayev

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və gömrük xidməti polkovniki olan Xəzər İsayevi hamı bir zamanların əfsanəvi güləşçisi kimi tanıyırdı. Əməkdar idman ustası həmçinin MOK "Ədalətli Oyunlar" komissiyasının sədridir. Xəzər İsayev hazırda Gömrük Komitəsinin "İdman Sağlamlıq Mərkəzi"nin baş direktorudur.

Zülfiyyə Hüseynova

Cüdo üzrə doqquzqat dünya çempionu olan Zülfiyyə Hüseynova həm Bədən Tərbiyəsi və İdman Akademiyasını, həm də Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Olimpiya oyunlarında cüdo üzrə Azərbaycan millisini təmsil edib. Hərbçilərin Yay Olimpiadasının qalibi olub.

Hazırda Bakı şəhər Baş Gömrük İdarəsinin qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində çalışır.

Eduard Məmmədov

“Ağ canavar" ləqəbli azərbaycanlı peşəkar kikboksçu Eduard Hüseynov 26 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionudur. O, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında dünya çempionu, peşəkarlar arasında WAKO versiya üzrə interkontinental kəmərin sahibi, peşəkarlar arasında IKBO versiyası üzrə dünya kəmərinin sahibi, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisidir. Məşhur idmançı hazırda Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini, Milli komandanın baş məşqçisinin köməkçisi, Daxili İşlər Nazirliyinin "DİNAMO" İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində çalışır və polis polkovnik-leytenantıdır.

Namiq Abdullayev

1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunları olimpiadasının gümüş, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.

Namiq Abdullayev 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. O, son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarından hesab olunur. Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib, o, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub.

Namiq Abdullayev polis polkovnik-leytenantıdır, hazırda daxili işlər orqanlarında çalışır. Belə ki, DİN Daxili Qoşunlar Baş İdarəsində İdman komandasının rəisi vəzifəsini tutur.

Ceyhun Məmmədov

Sambo üzrə 7 dəfə dünya çempionu olan Ceyhun Məmmədov 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidentidir.

1985-1991-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 1992-1997-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

İdmandakı nailiyyətlərinə görə 1998-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. Polis polkovnik-leytenantı rütbəsini daşıyan Ceyhun Məmmədov həm də DİN orqanlarının əməkdaşıdır.

Mövlud Mirəliyev

Cüdo üzrə Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.

O, həm də sambo üzrə ikiqat Avropa və dünya Çempionudur. Cüdoda isə dünya 3-cüsü olmuş Mövlud Mirəliyev də polis orqanlarında çalışır. O, polis mayoru rütbəsi daşıyır.

Elnur Məmmədli

Cüdo üzrə Pekin Olimpiadasının qaibi olmuş Elnur Məmmədli zədə üzündən idmanı tərk edib. 2008-ci il Yay Olimpiya Oyunlarından sonra sabiq daxili işlər naziri Ramil Usubov Elnur Məmmədliyə polis baş leytenantı rütbəsi verib.

O, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutub. Polis Akademiyasını bitirən Elnur Məmmədli yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi.

E.Məmmədli 2016-cı ildə DTX-da şöbə rəisi postuna təyin edilib.

O, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.

Rafael Ağayev

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionudur. 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb. İdmançımız bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. 37 yaşlı karateçiyə mayor rütbəsi də verilib.

Zeynəb Məmmədyarova

Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrossmeysterdir. Zeynəb Məmmədyarova bu yaxınlarda Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru vəzifəsinə təyinat alıb.

Vüqar İskəndərov

1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olub. 1993–1995-ci illərdə karate-do üzrə məşqçi-müəllim kimi çalışan idmançı 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilib. 2001-ci ildə isə Azərbaycan Taekvando Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə təyin olunub.

Vüqar İsgəndərov hazırda Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasınına Təftiş Komissiyasının üzvüdür.



Xəbərin oxunma sayı : 940




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap