Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR

Tarix 03.10.25, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


16–21 sentyabr 2025-ci il tarixlərində Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Veysəloğlu Distribusiya beynəlxalq təcrübə mübadiləsinə verdiyi önəmi bir daha nümayiş etdirərək, Çinin paytaxtı Pekində keçirilən SPAR Supply Chain Conference-da iştirak edib.

AzFakt.com xəbər verir ki, tədbirdə 36 ölkədən 144 nümayəndə bir araya gələrək tədarük zəncirinin idarə olunması, anbar və nəqliyyat əməliyyatlarının optimallaşdırılması, inventar idarəçiliyində süni intellekt əsaslı texnologiyalar, robotlaşdırma və “green logistics” sahəsində müasir həllər barədə müzakirələr aparıb.

Konfransda Veysəloğlu Distribusiya Tədarük Zənciri Direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli “Tədarük Zəncirində Təkamül” mövzusunda təqdimatla çıxış edib. Məruzə beynəlxalq iştirakçılar və SPAR International rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Nümayəndə heyətinə Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı, “HiPo” layihəsinin iştirakçıları – Tədarük Zənciri Dizaynı və Təhlili üzrə ekspert Cavanşir Abbasov və təchizat üzrə aparıcı mütəxəssis Könül Əhmədova daxil olub. Onlar həmçinin SPAR Hebei Jiajiayue və dünya nəhəngi Jingdong (JDL)-in tam avtomatlaşdırılmış logistik mərkəzlərini ziyarət edərək ən son innovativ həllərlə tanış olublar.

“Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi (HiPo)”nın iştirakçılarının konfransda iştirakı onların qlobal təcrübəni yaxından öyrənməsinə, yenilikləri izləməsinə və beynəlxalq şəbəkələşmə imkanları qazanmasına şərait yaradıb.
imgimg






Xəbərin oxunma sayı : 706




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap