Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

Tarix 20.01.18, 1:38

Font ölçüsü : - / +
bitmap-img6


Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyaya qəbul imtahanı ilə bağlı məlumat yayıb

Kollegiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvar ayının 28-də vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçiriləcək. İmtahan Bakı Dövlət Universiteti (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 23) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Ünvan: Bakı şəhəri Yasamal rayonu, A.Sultanova küçəsi 11 ünvanında) binalarında təşkil olunacaq.

Məlumat üçün bildiririk ki, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi qaydaları”na görə, hər bir imtahan sualına düzgün cavab 1 balla qiymətləndiriləcək (cəmi 100 mümkün bal). Yazılı test imtahanının yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinici mərhələsinə – şifahi müsahibəyə buraxılacaqlar. Həmçinin səhv cavablar düz cavabların qiymətləndirilməsinə təsir göstərməyəcək. Əvvəlki illərdən fərqli olaraq bu dəfə imtahanda Məntiqə dair suallardan istifadə olunmayacaq.

Qeyd olunmalıdır ki, imtahana buraxılış vərəqələrini növbəti həftənin ilk günlərindən etibarən Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olmaqla yükləmək mümkün olacaq. İmtahanın vaxtı barədə əlavə məlumat veriləcək.



Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap