Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur

Tarix 12.11.25, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi bu gün də keçirilməyib.

Məhkəməyə çağırılan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən çağırılan mütəxəssis Akademiyanın səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədi özü ilə gətirməyib. 

Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov vəsatət qaldıraraq məhz bu səbəbdən prosesin təxirə salınmasını istəyib. Vəkil mütəxəssinin məsul şəxs olduğunu təsdiq edən sənədini göstərməsinin vacib olduğunu deyib.

İsfəndiyar Axundovun vəkili isə prosesin təxirə salınmasına etiraz edib. Müdafiəçinin sözlərinə görə, müvəkkilinin səhhətində problem var, məhkəmə uzandığı üçün xaricə gedib daha yaxşı müalicə ala bilmir.

Maraqlı və ziddiyətli olan isə budur ki, Şərurlu İsfəndiyarın səhhətində problem olmasından özünün xəbəri yoxdur. Belə ki, prosesdən sonra səhhəti haqda məlumat almaq üçün iş adamı ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bunları dedi: “Əşi səhhətimdə problem yoxdur, yaxşıyam. Xaricə zada da getmək istəmirəm. Vəkilim nəsə deyibsə, onun özündən soruşun”.

Qeyd edək ki, tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, İ.Axundov verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib./Qafqazinfo.az/



Xəbərin oxunma sayı : 265




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap