Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Valyutadəyişmə məntəqələri açılır- hazırlıq başladı

Tarix 10.10.18, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Valyutadəyişmə məntəqəsi üçün lisenziya almağa 50 min manat  girov tələb olunur

Bir müddətdir ki, ölkədə valyutadəyişmə məntəqələrinin taleyi ilə bağlı müzakirələr başlayıb. Qeyd edək ki, hələ ötən ilin aprelində Milli Məclis “Valyuta tənzimi haqqında” Qanun qəbul edilib. 

Qanuna görə, valyutadəyişmə məntəqələrinə nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib.  Lisenziyalar təkcə poçtlara deyil, eyni zamanda banklara, rezident və qeyri-rezidentlərə,  vətəndaşlara veriləcək. Valyutadəyişmə məntəqəsi üçün lisenziya almağa 50 min manat  girov tələb olunur.

Qeyd edək ki, qanuna əsasən valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Qaydalara əsasən, xarici valyutanın mübadiləsi vaxtı 500 və daha çox məbləğdə dollar satan, eləcə də 10 min və daha çox məbləğdə dollar alan fiziki şəxslər məcburi surətdə şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.

 “Keçən iclasımızda Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsinə valyutadəyişmə məntəqələri ilə bağlı sual verdik. Üstündən 10 gün keçir, deyilsin görək, bu müddət ərzində nə dəyişiklik, nə yenilik baş verib?”

Valyutadəyişmə ile ilgili görsel sonucu

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sıragagün keçirilən iclasında çıxış edən Rüfət Quliyev deyib. Deputat bildirib ki, bu, çox ciddi məsələdir. “Hər dəfə də həmkarlarım tərəfindən bu məsələ qaldırılır. Biz də bilmək istəyirik ki, bu məsələdə hansı yenilik var, yoxsa biz elə boş-boşuna danışırıq...”.

“Axı niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur. Banklar da şənbə və bazar günləri işləmir”-deyə Rüfət Quliyev bildirib

Deputat sual edib ki, vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın?

“Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harada var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkirlər. Nəyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?”

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda valyutadəyişmə məntəqələrinin açılmasına yaşıl işıq yandırıb. Bunu virtualaz.org-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputatın sözlərinə görə, MBNP 5 oktyabrdan artıq bəzi məntəqələrə lisenziya verilməsinə dair təşkilatı işlərə başlayıb.

Xatırladaq ki, manatın devalvasiyasından sonra valyutanın qeyri-leqal alqı-satqısı ilə mübarizə üçün Azərbaycanda mübadilə məntəqələri bağlanmışdı. Valyutadəyişmə məntəqələrinin yenidən qayıtması Rüfət Aslanlının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyindən getməsi ilə eyni vaxta təsadüf edir. 2016-cı ilin yanvarından Azərbaycanda valyuta mübadiləsi məntəqələri yalnız bankların və poçt bölmələrinin nəzdində fəaliyyət göstərə bilərdilər.



Xəbərin oxunma sayı : 262




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap