Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Uyğurların taleyi puldan üstün – “The Hill”

Tarix 06.02.23, 12:26

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın “The Hill” qəzetində “Bir də heç vaxt” andı Çindəki uyğurlara da aid olmalıdır” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi Amerikada yaşayan uyğur əsilli iş adamı və hüquq müdafiəçisi Qüzzət Altaydır.

Qüzzət Altay proqram təminatı ilə məşğul olan “Cydeo” şirkətinin qurucusu və baş direktorudur, bir ara Amerika Uyğur Assosiasiyasına rəhbərlik edib.

Məqaləsində Qüzzət Altay Çində uyğurların kompakt yaşadığı, rəsmən Sincan Uyğur Muxtar Rayonu, bəzən qısaca olaraq Sincan adlandırılan bölgəni tarixi adına uyğun – Şərqi Türküstan kimi verir. Çünki “Sincan” əslində uyğurları hər an aşağılamağa çalışan, bölgəyə ad qondaranda da bu fürsəti fövtə verməyən Çin şovinistlərinin seçdiyi bir addır.

Novator.az Qüzzət Altayın “Bir də heç vaxt” andı Çindəki uyğurlara da aid olmalıdır” məqaləsini ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.

“Bir də heç vaxt” – İkinci Dünya müharibəsindən və Holokost faciəsindən sonra dünya qətiyyətlə bu mövqeyə gəldiyini bəyan etdi. Qərara alındı ki, bir də heç vaxt bütöv bir qrupun kökünün kəsilməsi cəhdinə laqeyd qalınmasın, tiranların, başkəsənlərin özlərini cəzasızlıqda duyub soyqırımı törətməklə məşğul olmasına imkan verilməsin. Ancaq bu gün dünya Şərqi Türküstan uyğurlarına münasibətdə bu cür davranmır. Dünya “Bir də heç vaxt” qərarına sadiqdirsə, onda uyğur xalqına qarşı törədilənlərə göz yummalı deyil.

Cəzasını almış soyqırımı

İkinci Dünya müharibəsindən sonra, 1948-ci ildə BMT Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasını qəbul edib. Məqsəd nasistlərin yəhudilərə qarşı törətdiyi vəhşiliklərin gələcəkdə hər hansı qrupa qarşı törədilməsinə imkan verməmək, belə cinayətlərə birdəfəlik son qoymaq olub.

Konvensiya soyqırımı cinayətinin qarşısını almaq və cəza tədbirləri həyata keçirmək öhdəliyini müəyyənləşdirib. Sənədə görə, soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir:

a) bu cür qrup üzvlərinin öldürülməsi;

b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud onların əqli qabiliyyətinə ciddi zərər yetirilməsi;

c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;

e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

Çin Kommunist Partiyasının uyğur xalqı ilə davranışında bu hərəkətlərin hər birinə rast gəlmək mümkündür. Minlərlə uyğur öldürülub; milyonlarla insan konsentrasiya düşərgələrinə salınıb; uyğurların kökünü kəsmək üçün qadınlar zorla uşaq dünyaya gətirmə qabiliyyətindən məhrum olunur, hamilə olanlar isə zorla abort edilir; Çin Kommunist Partiyası kefi istədiyi kimi təqib etdiyi, həbsə atdığı uyğurların yaşına da baxmır, böyük-kiçik arasında fərq qoymur.

Mən uyğur xalqının nümayəndəsiyəm. Uyğurların çoxu Çin Kommunist Partiyasının təhlükə saydığı və Şərqi Türküstanda yoxa çıxarmağa çalışdığı islam dininə etiqad edir.

Xoşbəxtlikdən mən 2008-ci ildə ABŞ-a mühacirət edə bilmişəm. Ailəmin bir çox üzvünün isə bu baxımdan bəxti gətirməyib.

Çin Kommunist Partiyası Şərqi Türküstanda total polis rejimi qurub. Mənim ailə üzvlərim, dost-tanışlarım daim müşahidə altındadır. Onların hər hərəkəti izlənir. Bir yerə gedəndə mütləq qeydiyyata düşməli, QR-kod sistemindən keçməlidirlər ki, “böyük kommunist qardaş” onları güdməkdə çətinlik çəkməsin.

Xırdaca narazılıq belə dərhal konsentrasiya düşərgəsinə aparılma ilə nəticələnir. Həmin düşərgədə isə uyğurları Çin Kommunist Partiyasına və sədr Si Cinpinə “sevgi ruhunda tərbiyə” gözləyir. 2017-ci ildən bəri bir milyondan çox uyğur həmin düşərgələrə salınıb. Bəxti gətirib sağ qalsalar, ola bilsin, onların evə dönüşünə də icazə veriləcək. Evdə isə onları bəlkə də artıq sterilizasiya olunmuş və ya aborta məcbur edilmiş arvadları, bacıları, qızları gözləyir.

Bu gün Çin Kommunist Partiyasının zorla tətbiq etdiyi sterilizasiya və abortlar ucbatından uyğurlar arasında əhali artımı prosesi tamamilə dayanıb.

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi (Demokratlar Partiyasının Kaliforniya ştatından olan deputatı) vurğulayıb ki, Vaşinqton hansısa iqtisadi marağı nəzərə alıb Çində insan haqlarının pozulmasına qarşı çıxmasa, mənəvi avtoritetini tamamilə itirə bilər.

Nümayəndələr Palatasının üzvü Maykl Makkol (Respublikaçılar Partiyasının Texas ştatından olan deputatı) isə bildirib ki, əlimizi əlimizin üstünə qoyub dövlətin maliyyələşdirdiyi mədəni soyqırımının bir mədəniyyətin bütünlüklə axırına çıxacağı günü gözləyə bilmərik: “Bizim susmağımız soyqırımına şəriklik, hərəkətsizliyimiz isə problemlə barışmağımız anlamına gələcək”.

“Bir də heç vaxt”ın nəticəsi olmalıdır

Təəssüf ki, dünyada bir çox güc uyğurlara qarşı soyqırımına göz yumur. ABŞ-ın kapital bazarlarına geniş nəzarəti olan ESG icması Pekin rejiminin insan haqlarını nümayişkaranə və ardıcıl surətdə pozmasına məhəl qoymayaraq Çinə milyardlarla dollar həcmində vəsait yönəldib.

Dünya İqtisadi Forumu kimi güclü qurumlar da var – nəinki uyğur soyqırımına əhəmiyyət vermir, üstəlik, bu aktı həyata keçirən diktatoru açıq şəkildə tərifləyir. Forumun 2022-ci il iclasında qurumun rəhbəri Klaus Şvabın Çin lideri Si Cinpini necə bəh-bəhlə təqdim etdiyini yada salın.

Belə görünür ki, Qərb liderlərinin çoxu öz mənfəətlərini hər şeydən üstün tutur.

Ancaq “Bir də heç vaxt” dediyimizi unutmamışıqsa, vəziyyət dəyişməlidir. Çin Kommunist Partiyası soyqırımı törətməklə məşğuldur, bunun cəzası olmalıdır. Kommunistlərin uyğurlarla davranışı BMT konvensiyasında, beynəlxalq hüquqda qarşısının alınması və cəzalandırılması nəzərdə tutulan bütün əməllərlə üst-üstə düşür.

“Bir də heç vaxt” hərəkətə gəlməyi tələb edir. Dünya Holokost zamanı yəhudilərə qarşı törədilmiş soyqırımına bir də heç vaxt imkan verməyəcəyinə and içib. İndi həmin dünya uyğurlara qarşı törədilən vəhşilikləri cəzasız qoymamalıdır. Bu, puldan üstün tutulmalıdır. Sabah yox, günü bu gün hərəkətə keçilməlidr.



Xəbərin oxunma sayı : 772




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap