![]() |
|














USAID-TƏBİB əməkdaşlığı: milyonların aqibəti araşdırılacaqmı?
Tarix 17.03.25, 16:50 |
|

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının rəhbəri Məmməd (Alpay) Məmmədzadə həbs olunublar.
Onlar Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Bəşir Süleymanlı barəsində 3 ay 28 gün, Məmməd (Alpay) Məmmədzadə barəsində isə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Hər iki QHT rəhbəri Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər.
Zaman-zaman Qərb institutları ilə - ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək Fondu (NED), "German Marşal" fondu və s. ilə fəal əməkdaşlıq edən QHT rəhbərlərinin həbsi xarici təsir agenti mövzusunu, eləcə də bir sıra beynəlxalq donor təşkilatlarının Azərbaycanda təkcə QHT sektoruna deyil, eyni zamanda dövlət qurumları yanında İctimai Şuralara, hətta bir sıra dövlət qurumlarına nüfuz etməsi mövzusunu yenidən gündəmə gətirib.
Bu aspektdə xüsusən də bu yaxınlarda Azərbaycanda fəaliyyətini dayandıran USAİD-in fəaliyyəti diqqəti cəlb edir. Qeyd edək ki, bu təşkilat Azərbaycanda 1991-ci ildən 2025-ci ilin əvvəllərinə qədər - təqribən 34 ilə yaxın fəaliyyət göstərib.
USAID Azərbaycanda son illərdə daha çox kənd təsərrüfatı, qadın sahibkarlığı, kiçik və orta biznes, gənclərin bacarıqlarının artırılması ilə bağlı layihələri dəstəkləyib, regionlarda Qadın Resurs Mərkəzləri yaradıb.
Ümumilikdə isə son 34 il ərzində USAID Azərbaycanda humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına bütövlükdə 431 milyon dollar vəsait ayırıb.
Əlbəttə, bu, kifayət qədər böyük məbləğdir. Təbii ki, bu məbləğin qarşılığında USAID-in də öz maraqları olub. Xüsusən də nəzərə almaq lazımdır ki, təşkilat özü ABŞ hökuməti tərəfindən maliyyələşdirilib. Bu isə onu deməyə əsas verir ki, USAİD-in də ABŞ hökuməti qarşısında öz öhdəlikləri olub. Bu, öhdəliklərin nədən ibarət olmasını şərh etməyə isə əlbəttə, ehtiyac yoxdur. Məlumdur ki, əksər donor təşkilatlar kimi, USAİD də Azərbacyan cəmiyyətinə, ölkənin ictimai-siyasi həyatına nüfuz etmək, özünə tərəfdarlar toplamaq və onlar vasitəsilə Azərbacyanda ABŞ-ın maraqlarını həyata keçirməklə məşğul olub.
Yuxarıda bu cür donor təşkilatların yalnız QHT rəhbərlərini ələ almaqla kifayətlənmədiyi, İctimai Şuralara və dövlət qurumlarına da nüfuz etməyə çalışdığına toxunmuşduq. Əvvəlcə, müxtəlif nazirliklər yanında İctimai Şura rəhbərləri və üzvlərinin ələ alınması məsələsinə aydınlıq gətirək. Əslində bu, bəlli faktır və müxtəlif səviyyələrdə etiraf da olunub. Belə ki, bir müddət öncə Azərbaycan Milli QHT Forumu İctimai Şuraların formalaşdırılmasında pozuntulara dair bəyanat yaydı. Bəyanatda qeyd olunurdu ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai Şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir:
"Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai Şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai Şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var".
Bu bəyanat özü də təsdiq edir ki, donor təşkilatlar İcitmai Şura üzvlərindən dövlət qurumlarına təsir etmək, onlar vasitəsilə müvafiq məlumatlar toplamaq, öz məqsədlərini həyata keçirmək üçün istifadə ediblər. O da maraqlıdır ki, Azərbaycanda İctimai Şuralar layihəsinin donoru elə USAID olub.
Xarici donor təşkilatların dövlət qurumlarının rəhbərləri ilə də əməkdaşlıq etdiyinə dair açıq mənbələrdə kifayət qədər məlumatlar var. Bu məlumatlara toxunmazdan öncə həmin təşkilatların rəsmi qurumlara necə sızması ilə bağlı bəzi məqamları qeyd etmək yerinə düşərdi.
Ekspertlərin fikrincə, Qərb donorları dövlət qurumlarına nüfuz etmək üçün daha çox 2 üsuldan istifadə edirlər. Bunlardan biri xarici donorların dövlətin strateji hədəflərinə qarşı yönəlmiş layihələrini fərqli adlar altında qeydiyyata aldırmasıdır. Onlar müxtəlif cəlbedici layihələr hazırlayaraq, dövlət qeydiyyatından keçirirlər. Bu yolla da xarici donorların sərbəst hərəkət etmək, müxtəlif informasiyalar çıxış imkanı və s. yaranır və bundan sonra öz əsl məqsədlərini həyata keçirməyə başlayırlar.
Dövlət qurumlarına sızmağın ikinci üsulu isə xarici qrantların qeydiyyatı və nəzarətinə cavabdeh olan şəxslərin səbatsızlığı və ya tamahkarlığından istifadə etməkdən ibarətdir. Bəzi iddialara görə, bu halda layihələr üzrə nəzərdə tutulmuş büdcə 50/50 faiz nisbətilə bölünür.
Qayıdaq xarici donorların dövlət qurumlarının rəhbərləri ilə də əməkdaşlığı məsələsinə. Elə götürək USAID-la İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in əməkdaşlığını.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla USAID-in Vaşinqton ofisinin nümayəndələri və təşkilatın Azərbaycandakı nümayəndəsi arasında dəfələrlə müxtəlif görüşlər keçirilib. Məsələn, belə görüşlərdən biri 7 dekabr 2021-ci ildə keçirilib. Görüşdə birgə əməkdaşlıq və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Növbəti görüş isə 2022-ci ilin noyabrında baş tutub. Bu dəfə geniş tərkibdə. Belə ki, görüşdə USAID-in Vaşinqton Ofisinin səhiyyə üzrə eksperti Mark Austin, USAID-in Vaşinqton Ofisinin idarəetmə məsələləri üzrə eksperti Sarah Svift, USAID-in Azərbaycan Nümayəndəliyinin idarəetmə məsələləri üzrə əməkdaşı Bianka Ksoll, USAID-in Azərbaycan Nümayəndəliyinin missiya direktoru vəzifəsini icra edən Angelina Allen-Mpyisi, USAID-in Azərbaycan Nümayəndəliyinin layihələrin idarəedilməsi üzrə mütəxəssisi Emin Məmmədli, TƏBİB-dən isə Vüqar Qurbanovla yanaşı bir neçə departament və şöbə rəhbəri iştirak ediblər.
Görüşlə bağlı rəsmi məlumatda qeyd olunub ki, ekspertlərin səfərinin məqsədi "Azərbaycanda səhiyyə sisteminin ehtiyaclarını müəyyən etmək və USAID-in Azərbaycanda həyata keçirdiyi layihələri müzakirə etmək"dir.
Görüşdə həmçinin USAID-in Azərbaycanda “Pandemiyaya cavab tədbirləri” layihəsi, eləcə də digər birgə layihələr barədə danışılıb və bu layihələr çərçivəsində USAID-in TƏBİB-lə sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Bü görüşlərin nəticəsi olaraq, yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə işçi qüvvəsinin biliklərinin təkmilləşdirilməsi, təlim və simulyasiya mərkəzinin, xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə milli istinad laboratoriyasının yaradılması istiqamətində işlər görülür.
USAID-in TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində xeyli seminar və vebinarlar təşkil olunub, TƏBİB və İTS əməkdaşlarının ABŞ ictimai səhiyyə sistemi ilə tanış olmaq və yeni tərəfdaşlıqlar qurmaq üçün ABŞ-a səfəri təşkil olunub, həmçinin TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzində Simulyasiya və Təlim Mərkəzi yaradılıb. Bu layihəyə USAID tərəfindən 3,35 milyon dollar vəsait ayrılıb. Maraqlıdır, bu gün həmin mərkəz fəaliyyət göstərirmi? Ritorik sualdır. Amma orası dəqiqdir ki, həmin məbləğə nəinki təlim mərkəzi, hətta ayrıca xəstəxana da tikmək olardı...
Bunlar USAID-lə TƏBİB rəhbərinin sıx əməkdaşlığını əks etdirən faktların heç də hamısı dəyil. Bu əmədaşlıq nəticəsində “Məqsədəuyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan, xeyli sayda yerli və xarici səhiyyə işçilərinin qatıldığı 3 günlük regional görüş, təcili yardım, ürək masajı təlimləri və s. layihələr həyata keçirilib. Və bütün bunlara USAID tərəfindən milyonlarla dollar vəsait ayrılıb. Maraqlıdır, bu "işgüzar" münasibətlərin doğrudanmı Azərbaycan səhiyyəsi üçün səmərəli nəticələri olub? Axı bu gün milyonlarla dollar vəsait ayrılmasına rəğmən, ortada ayrı-ayrı həkimlərə verilən adi təlim sertifikatlarından başqa bir şey yoxdur. Həmin Simulyasiya və Təlim Mərkəzinin isə yəqin ki, izi-tozu da qalmayıb.
Maraqlıdır, xarici donor təşkilatları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılacaq araşdırma zamanı səhiyyə sahəsinə ayrılan milyonların da aqibəti araşdırılacaqmı?
Maraqlıdır, xarici donor təşkilatları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılacaq araşdırma zamanı səhiyyə sahəsinə ayrılan milyonların da aqibəti araşdırılacaqmı?
Xəbərin oxunma sayı : 742
Sosial
Xəbərlər
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır – AZAL biletləri 1077 manata qədər yüksəlib
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
-
Prezidentdən sənaye parkları ilə bağlı - Fərman
-
Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir - “S&P Global Ratings“ açıqladı
-
Pensiya kapitalından necə istifadə etmək olar? - Deputat qanunun tələblərini açıqladı
-
Nazirin təyinat xəbəri silindi - Naxçıvanda nə baş verir?
-
Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi - FOTOLAR
-
Kosmetoloq Dilrubə Sətyarlı lisenziyasız fəaliyyətini davam etdirir - FOTOLAR
-
Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çəvəziyyətdə - VİDEO
-
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
-
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO
-
“Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır“ - Təhlükəsizlik Komitəsi
-
Vialon” MMC vətəndaşın başına daş yağdırır - VİDEO
-
Azad edilmiş rayonlarda tikinti xərcləri açıqlanıb - SİYAHI
-
Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
-
Bakıda masaj salonu işlədən qadın dabankeşlə döyüldü - Şəriki saxlanıldı
-
“Çox bahalı prosedurlardır, cəmiyyəti və dostları xəbərdar edəcəyik“ - Əvəz Zeynallı
-
Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı
-
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR
-
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
-
Cəmi 3 ay müşavir işlədi - Yeni vəzifəyə getdi
-
Tiktoker Mahirə cinayət məsuliyyətinə cəlb olunub - İnsan alverində günahlandırılır
-
Azərbaycan və İraqın XİN rəhbərləri görüşdü - FOTO
-
Dövlət İmtahan Mərkəzində nələr baş verir? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
-
Maşınının qaçırıldığını gələn cərimə ilə bilib - Turalın üçüncü cinayəti
-
Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib
-
Özünü şəhid atası kimi təqdim edən şəxs saxlanılıb - FOTO
-
Hakan Fidan pakistanlı həmkarına zəng vurdu - Türkiyənin Pakistanla həmrəy olduğunu bildirdi
-
Toy üstündə dava: Gitara ifaçısı müğənnini xəstəxanalıq etdi
TOP 10
ARXİV