Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Un və çörəyin qiymətində artım gözlənilir - VİDEO

Tarix 18.08.22, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Neçə gündür ölkəmizdə də unun qiymətinin bahalaşacağı ilə bağlı xəbərlər yayılır. Unun qiyməti qalxsa təbii ki, çörək də bahalaşacaq. Bəs həm un, həm də çörəyin qiymətində nə qədər dəyişiklik gözlənilir?

Son vaxtlar unun qiymətində ediləcək dəyişiklik xəbərindən sonra unun satışının azaldığı iddia edilir. Belə xəbərlər gəzir ki, bu da un qıtlığının yaranmasına səbəb olub.

Paytaxtda çörək istehsalı ilə məşğul olan sexlərdən birinin direktoru Söhrab Cabbarov deyib ki, un ehtiyatları əvvəlki həftələrlə müqayisədə azalıb. Səbəb un satışı ilə məşğul olan dəyirman və bəzi mağazaların qiymətdə ediləcək dəyişiklik xəbərindən sonra satışı limitə keçirimələridir.

Söhrab Cabbarov onu da bildirib ki, unun qıtlığı ilə bağlı çörək istehsalı ilə məşğul olan müəsissə rəhbərləri İqtsiadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat veriblər. Bu gün adı çəkilən qurumda iclas keçirilib və bununla bağlı qərar qəbul olunub.

Çörək sexləri qiymətə dəyişklik ediləndən sonra bütün mağazalarla yeni müqavilə bağlayacaqlarını bildirirlər. Un istehsal edən dəyirmanların satışı limtlə etməsi şəhər mağazalarında un qıtlığına səbəb olubmu?

Gəzən xəbərlər bölgələrdə də süni ajiotaja səbəb olub. Şamaxıda rayon sakinləri bir neçə gündür un tapa bilmədiklərini desələr də, un satışı ilə məşğul olan mağaza sahibləri isə bildirir ki, un dəyirmanlardan alınıb və hazırda yoldadır.

Qiymətin həqiqətən də bahalaşıb bahalaşmayacağını isə yaxın günlərdə müşahidə edəcəyik.







Xəbərin oxunma sayı : 1168




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap